İsabala Bayramov (tam adı: İsabala Əli oğlu Bayramov; 1 sentyabr 1967, Hallavar, Böyük Qarakilsə rayonu, Ermənistan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
İsabala Bayramov | |
---|---|
İsabala Əli oğlu Bayramov | |
Doğum tarixi | |
Doğum yeri | Hallavar, Quqark rayonu, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | SSRİ |
Atası | Əli |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Günəmuzd işçi |
1967-ci il sentyabrın 1-də Ermənistan SSR Quqark rayonunun Hallavar kəndində anadan olub. Hərbi xidmətdən sonra bir müddət Komi MSSR-də praporşik işləyib. 1988-ci ilin 7 dekabrında baş vermiş zəlzələ zamanı evləri dağıldığından[2], həmçinin azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulması səbəbindən ailəsi doğma yurd-yuvasından didərgin düşmüş və Bakıya köçmüşdur. Bu səbəbdən də, İsabala hərbi xidmətini bitirdikdən sonra Bakıya gəlmiş, ailə üzvləri ilə birlikdə Xutor ərazisində məskunlaşmışdır. Bakıya gəldikdən sonra müxtəlif yerlərdə günəmuzd (Maştağa bağlarında fəhlə, təsərrüfat hesablı emalatxanada işçi, BTTİ-də elektrik montyoru [3]) çalışmışdır.
Ailəli idi. Həlak olduqda oğlu Sahil, ölümündən sonra isə daha 1 qızı Sahilə yadigar qalmışdır.
Yanvarın 19-da əmisi oğlu Bayramov Mübarizlə XI Qızıl Ordu meydanına gediblər. Təxminən 00.30 radələrində dinc əhaliyə silah atılan vaxt İsabala yaralanmış, onu Semaşko xəstəxanasına gətirənəcən yolda aldığı xəsarətdən vəfat etmişdir.
Güllə baş nahiyəsindən dəymiş, kəllə sümüyünü zədələmişdir.[4]
Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bakı, K. Marks prospekti, ev 21.