İsgəndəriyyə kitabxanası

İsgəndəriyyə kitabxanası — İndiki Misir dövləti ərazisində yerləşən, qədim tarixin ən böyük və ən vacib kitabxanalarından və İsgəndəriyyə Museyonu adlı elmi-mədəni mərkəzinin böyük tərkib hissəsindən biri.

İsgəndəriyyə kitabxanası
Xəritə
Ümumi məlumatlar
Ölkə
Yaradılıb III əsr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsgəndəriyyə kitabxanasının Misir fironu I Ptolemeyin təşəbbüsü nəticəsində tikildiyi bir çox tarixçilər tərəfindən iddia olunur. Həmin iddialara əsasən, bu kitabxanın tikilməsində əsasən Peripatetiklər, xüsusi ilə də 2 qədim ictimai xadim Lampsakuslu StratonFalerli Demetrius yaxından iştirak etmişlər. Digər mənbələrdə iddia olunur ki, kitabxana I Ptolemeyin dövründə deyil, əslində onun oğlu II Ptolemeyin hakimiyyəti illərində tikilib istifadəyə verilmişdir.

İsgəndəriyyə kitabxanası tikilməsinin əsas məqsədi, dövrünün bütün məlumatlarının bir yerə toplanması və papirus köçürülməsi vasitəsilə orada qorunub saxlanması idi. Yunan əsilli filosof Qalenin dediklərinə görə, hətta gəmilər vasitəsilə limana gətirilən bütün növ kitablar xüsusi olaraq bu kitabxanada "Gəmilərdən gətirilən kitablar" adlı ayrıca bölmələrdə saxlanılır, köçürülmələri isə öz sahiblərinə geri qaytarılırdı. Həmçinin, kitabxanın redaktorlarının tanınmasının digər əsas səbəbləridən biri kimi də onların əfsanəvi yunan şairi Homerin bəzi mətnlərinin işlənib hazırlanmasındakı rolu xüsusi ilə qeyd olunur

Kitabxananın dağılması

[redaktə | mənbəni redaktə et]

Bəzi mənbələrə görə, İsgəndəriyyə kitabxanasına vurulan ilk zərər eramızdan qabaq 48-ci və 47-ci illərdə Yuli Sezarın da iştirak etdiyi VII Kleopatra ilə qardaşı VIII Ptolomey arasında ara çəkişmələr nəticəsində baş verib və nəticədə kitabxanın böyük bir hissəsinə yanğın nəticəsində xeyli zərər dəyib. Antik dövrün Seneka Lutsius Anneus, Pol Orosios və Dio Kasius kimi bir çox tanınmış yazıçı-alimləri öz yazılarda həmin hadisə nəticəsində 400000 yaxın kitabın məhv olduğunu iddia edirlər. Yunan tarixçisi Plutarx bu hadisəni belə şərh edir:

Düşmən onun(Yuli Sezarın) dəniz ilə əlaqəsini kəsməyə cəhd edən zaman, o(Yuli Sezar) bu təhlükədən sovuşmaq üçün öz gəmilərini yandırmağa məcbur qalır və bunun nəticəsində bərələrdən başlamış yanğın buradan da idarəolunmaz şəkildə kitabxanaya keçir və onun məhv olmasına səbəb olur.

Romalı tarixçi Alus Gelusun öz nəşr etdiyi "Attik Gecələr" adlı kitabına əsasən, təxmin edilən digər yanğın isə eramızın II əsrində şəhərin blokadası zamanı Sezarın ordusu tərəfindən təsadüf nəticəsində yandığı ehtimal edilir.

Kitabxanın böyük bir hissəsinin dağılmasına xitam verən əsas hadisə Roma imperatoru Avrelianın şəhər uğrunda döyüşləri zamanı baş verir. Kitabxananın daha az zərər görmüş hissəsi isə saxlanılması eramızın 4-cü əsrində yeni paytaxt hesab olunan Konstantinopola göndərildiyi təxmin edilir.

Müasir İsgəndəriyyə kitabxanası

[redaktə | mənbəni redaktə et]

2002-ci ildə həmin tarixi kitabxananın əzəmətini bərpa etmək və həmçinin azad biliyin qazanılmasına zəmin yaratmaq üçün onun tarixən yerləşdiyi təxmin edilən yerdə müasir İsgəndəriyyə kitabxanası tikilib istifadəyə verilir. Bu kitabxananın tikilməsi nəticəsində Misirdə dövlətdən asılı olmayan yeni ictimai təhsil sisteminin təskilinə zəmin yarandı. Kitabxananın əsas oxuma zalı 20000 m2-dir və 8 milyona qədər kitabın saxlanılmasını təmin edə biləcək rəflərlə təmin olunmuşdur.

Müasir İsgəndəriyyə kitabxanasının görünüşü

Maraqlı Faktlar

[redaktə | mənbəni redaktə et]
  • 2011-ci il Misir inqilabı zamanı bir çox şəhər sakinləri kitabxananı üsyançılar tərəfindən yarana biləcək hər hansı bir təhlükəsindən qorumaq üçün onun ətrafında canlı sədd yaratdılar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]