Falerli Demetrius (yun. Δημήτριος Φαληρεύς, lat. Demetrios Phalereus, m. ö. 350 – 283) qədim yunan filosofu, peripatetik məktəbin nümayəndəsi, Teofrastusun tələbəsi.
Falerli Demetri | |
---|---|
q.yun. Δημήτριος ο Φαληρεύς | |
Doğum tarixi | e.ə. 350[1] və ya e.ə. 360 |
Vəfat tarixi | e.ə. 283 |
Vəfat yeri | |
Elm sahəsi | fəlsəfə |
Vikianbarda əlaqəli mediafayllar |
Demetrius həm də siyasi xadim kimi tanınmış, bir zaman Afina hökmdarı olmuşdur[2]. Ancaq sonra o, təqiblərə məruz qalmış və Misirə qaçmalı olmuşdur. Demetrius tarix, siyasət, bəlağət və başqa sahələrdə çoxlu əsər yazmışdır[3], ancaq onların çoxu zamanımıza gəlib çatmamışdır.
Onun bəzi əxlaqa aid fikirlərini Diogenes Laertius qələmə almışdır. O deyirdi ki, gənclər evdə öz ata-anasının, küçədə yoldan keçənlərin, təklikdə isə özlərinin qarşısında abırlarını saxlamalıdırlar[4].
Misir hökmdarı I Ptolemeusun dövründə Demetrius İskəndəriyyədə elmi-mədəni mərkəz olan "Museyonun" və orada yerləşən məşhur kitabxananın yaradılması təşəbbüsü ilə çıxış etmişdir[5]. Eyni zamanda o, yəhudilərin müqəddəs kitabı olan Əhdi-Ətiqin yunan dilinə çevrilməsinin təşəbbüskarı idi. Bu tərcümə "Septuaginta" adlanmışdır. Bundan sonra yunan düşüncəsinə yəhudiliyin birbaşa təsiri dövrü başlamışdır. Bu proses sonralar Avropada xristianlığın yayılması ilə nəticələnmişdir.