Lampsakuslu Straton (yun. Στράτων, m. ö. 340 – 268) — Teofrastusun ən tanınmış öyrəncisi olmuşdur. O, 18 il peripatetik məktəbə başçılıq etmişdir[1]. Ondan öncə isə o, məşhur Misir kralı II Ptolemeus Filadelfin müəllimi idi. Misirdə olarkən Straton Falerli Demetriusla birlikdə Museyonun yaradıcılarından biri olmuşdur. O da metafizika problemləri ilə məşğul olmuş, Demokritin atomlar nəzəriyyəsini tənqid etmişdi.
Straton | |
---|---|
Στράτων | |
Doğum tarixi | təq. e.ə. 335 |
Doğum yeri | |
Vəfat tarixi | təq. e.ə. 269 |
Vəfat yeri | |
Dövr | Ellinizm |
İstiqaməti | Peripatetizm |
Əsas maraqları | Naturfəlsəfə, fizika |
Təsirlənib | Aristotel, Teofrastus |
Vikianbarda əlaqəli mediafayllar |
Straton peripatetizmdə materialist ənənəsini davam etdirənlərdən idi. O, ilk növbədə metafizikanı, dərk olunmaz şeyləri inkar etmiş, təbiətin özünə istinad edərək onu izah etməyə çalışırdı[2]. Onun fikrincə dünyanın yaradılışını tanrılarla bağlamaq lazım deyildir. Hər şeyi təbiət özü yaratmışdır. Stratona görə təbiət daxili zərurətlə fəaliyyət göstərən, hissiyyatlara və düşüncələrə malik olmayan özü özünü yaradan bir varlıqdır. O canlı olmasa da kosmosu yaratmışdır. Hər bir şeyin dəyişikliyinin səbəbi də təbiətdir.
Straton həm də Aristotelin “dünya ruhunun” olması fikri ilə razılaşmırdı. Onun təlimində ruh bədənlə birlikdə ölür.
Ancaq başqa tərəfdən Straton dünyanın atomlardan ibarət olduğunu inkar edərək bu fikrin Demokritin xəyalından doğulduğunu iddia etmişdir. Bəzən o, Demokritin fikirlərinə yaxınlaşsa da, ancaq Aristoteldən fərqli olaraq boşluqların var olmasını inkar etmirdi. Onun 150 fikrincə istinin və işığın yayılması kimi olaylar boşluqların varlığını sübut edir. Belədirsə, onda bütün şeylər hissəciklərdən ibarətdir və o hissəcikləri boşluqlar əhatə edir[3]. Ancaq o, bu hissəcikləri atomlar adlandırmırdı.
Həmçinin, Stratona görə dünyanın əsasını iki bir birinə zidd qüvvə təşkil edir. Bunlar “isti” və “söyuq”dur. Dünyada baş verən olaylar isti və soyuğun mübarizəsinin nəticəsidir. Stratona görə “ağırlıq” xüsusi əhəmiyyətə malikdir. O hər bir hərəkətin mənşəyidir. Ağırlıq kosmosu düzənləyir; yerin, suyun havanın və odun yuxarıdan aşağı ardıcıl yerləşməsi prosesini yaradır və təmin edir. Straton cisimlərin sərbəst düşmə təcilinin açılmasına yaxınlaşmışdır. Aristotel hesab edirdi ki, düşən cisim eyni surətlə hərəkət edir. Ancaq ondan fərqli olaraq, Straton düşən (yıxılan) cisimlərin surətinin keçdikləri məsafədən asılı olaraq çoxalmasını təcrübələrlə sübut etmişdir[4]. Ancaq bunu qanun şəklində ifadə edə bilməmişdir. Bunu iki min ildən sonra Qaliley edə bilmişdir. Straton Aristotelin zaman anlayışına verdiyi təriflə də razı olmamışdır. Aristotel hesab edirdi ki, zaman keçmişə və gələcəyə doğru hərəkət edən rəqəmdir. Stratona görə isə zaman hərəkət və sükunətin ölçüsüdür. O hesab edirdi ki, rəqəm sonludur, zaman isə sonsuz olduğuna görə rəqəmlərə sığa bilməz[5].