İshaq xan Müfxəməddövlə

Mirzə İshaq xan Mirzə Əbdülqəni oğlu Xoyi (1870-?) — diplomat.

İshaq xan Müfxəməddövlə
Mirzə İshaq xan Mirzə Əbdülqəni oğlu Xoyi
Digər adları fars. اسحاق خان مفخم الدوله
Doğum tarixi
Doğum yeri Xoy, Cənubi Azərbaycan
Vəfat tarixi XX əsr
Milliyyəti türk
Fəaliyyəti diplomat

Mirzə İshaq xan Mirzə Əbdülqəni oğlu 1870-cı ildə Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuşdu. Hacı Hüseynəli Xoyinin nəvəsi, Hacı Səfərəli Xoyinin qardaşı nəvəsi və Mirzə Cavad xan Sədəddövlənin əmisi oğludur. O, ibtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Fransız, ingilis dillərini bilirdi. Cavanlığında İranın Xarici işlər nazirliyində işə düzəlmişdi. Mirzə Mahmud xan Əlaülmülkün yanında xidmət etmişdi. 1891-ci ildə konsul kimi İranı təmsil etmişdi. 1896-cı ilədək bu vəzifədə çalışmışdı. 1900-cü ildə Müzəffərəddin şah Qacarın məiyyətində Avropada olmuşdu. Xarici İşlər naziri Mirzə Nəsrulla xan Müşirüddövlənin qızı ilə ailə qurandan sonra İranın ABŞ-də səfiri olmuşdu.

İshaq xan Müfxəməddövlə 1904-cü ilin mart ayında Tehrana dönmüşdü. Sonra İranın Argentinada səfiri olmuşdu.

İshaq xan Müfxəməddövlə 1917-ci ildə İranın Rusiyada səfiri idi. II Nikolayın yıxılması haqqında xəbəri teleqramla Sultan Əhməd şah Qacara çatdırmışdı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]