İskəndər Şirəli

İskəndər Yaqub oğlu Şirəli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” trestinin müdiri (2007)[1], 2019-cu ilin May ayından Sənaye Təhlükəsizlik İdarəsinin rəisi, Elmlər doktoru (2014)[2], Rusiya Mühəndislik Akademiyasının əcnəbi üzvü (2014)[3], Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mədən fakültəsinin professoru (2015). Azərbaycan Respublikasının Prezidenti yanında ali attestasiya komissiyanın 19.04.2024-cü il tarixli qərarı ilə, İskəndər Yaqub oğlu Şirəliyə, elmi-pedaqoji fəaliyyətə görə texnika elmləri sahəsinin Maşınlar, avadanlıqlar və proseslər ixtisası üzrə Professor elmi adına layiq olmuşdur.

İskəndər Şirəli
İskəndər Yaqub oğlu Şirəli
İskəndər Yaqub oğlu Şirəli
Doğum tarixi (63 yaş)
Doğum yeri Neftçala rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi Elmlər doktoru
Elmi adı Professor
İş yeri SOCARın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi (2019)
Təhsili Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı — 2012
3-cü dərəcəli "Əmək" ordeni "Tərəqqi" medalı

İskəndər Yaqub oğlu Şirəli 1960-ci il noyabrın 21-də Neftçala rayonu, Novovasilyevka kəndində anadan olub. 1983-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunuDağ mühəndisi” ixtisası üzrə fərqlənmə (qırmızı) diplomu ilə bitirib. Ailəlidir, 4 övladı, 4 nəvəsi var.

Əmək fəaliyyətinə 1983-cü ildə “Xəzərdənizneft” İstehsalat Birliyi, “Səngəçal” Dəniz Qazma İşləri İdarəsində qazmaçı köməkçisi peşəsindən başlayıb. 1984-cü ildə həmin idarədə buruq ustası, 1990-cı ildə 2 saylı rayon Mühəndis - Texnoloji Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. 1991-1992-ci illərdə Sankt-Peterburq, “Zond” istehsalat müəssisəsinin Bakı filialının rəisi vəzifəsində işləyib. 1992-ci ildən “Xəzərdənizneft” İstehsalat Birliyi, “Qum Adası” Dəniz Qazma İşləri İdarəsində Baş mühəndis, 1993-cü ildən “Qum Adası” Dəniz Qazma İşləri İdarəsinin rəisi, 2006-cı ildən Abşeron Qazma İşləri İdarəsinin rəisi, 2007-ci ildən SOCARın “Kompleks qazma işləri” trestinin müdir vəzifələrində çalışıb. 2019-cu ilin may ayından SOCARın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində işləyir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2001-ci ildə Texnika Elmlər namizədi alimlik dərəcəsi, 2014-cü ildə Elmlər doktoru elmi dərəcəsi alıb. 2014-cü ildən Rusiya Mühəndislik Akademiyasının əcnəbi üzvü, 2015-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mədən fakültəsinin professorudur. 71 elmi əsərin, 3 dərsliyin, 9 patentin, 9 monoqrafiyanın müəllifi, 8 dərsliyin həmmüəllifidir. Onun rəhbərliyi ilə “Kompleks qazma işləri” tresti 2010-cu ildə müstəqil Azərbaycanin ilk yatağını – “Ümid” yatağını kəşfində müstasna xidmətlər göstərib[4]. Trest həmçinin “Bulla-Dəniz[5]Neft Daşları” ,“Günəşli” kimi yataqlarda istismar, “Qaradağ” yatağında istismar-basqı quyularının qazılmasında xüsusi rol oynamışdır. İskəndər Şirəli qazma işlərində bir çox innovativ nəzəriyyələrin, metodların müəllifi olaraq yeniliklərə imza atmışdır. Azərbaycanda ilk dəfə olaraq məhz “Kompleks qazma işləri” tresti “Pirallahı” yatağında horizontal üsulla quyunun qazımasını həyata keçirmiş, “Qərbi Abşeron” sahələsində bir neçə horizontal quyu qazılmış, ən müasir qazma qurğuları, quyuiçi avadanlıqlar, yüksək keyfiyyətli qazma baltaları, yeni nəsil karbohidrogen əsaslı qazma məhlulları tətbiq olunmuşdur.

Dövlət mükafatları və ordenləri

[redaktə | mənbəni redaktə et]

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • İskəndər Şirəli, R.İbrahimov,S.Rzazadə,Ş.Bəxşəliyeva,A.Məmmədov - Neft-qaz quyularının qazılmasının texnikası və texnoloqiyası "ELM"2020 il., 696 s.(Azərbaycan dilində dərslik) – ISBN 978-9952523233
  • Ширали Искандер, С.Рзазаде, Р.Ибрагимов, Ш.Бахшалиева, З.Ибрагимов – Предупреждение и ликвидация Газонфтеводо проявления и фонтанов при бурении скважин в сложных геологических условиях. "ЭЛМ"2020 г., 448 с.(Rus dilində), Учебник Противо выбросное оборудование – ISBN 978-9952495767
  • İskəndər Şirəli - Neftqaz mühəndisliyinin müasir probləri. "ELM"2019 il., 496 s.(Azərbaycan dilində) – ISBN 978-9952514936
  • Ширали Искендер, Гасанов Рамиз - Бурение скважин: Инновационная техника и технология (Russian Edition) LAP Lambert Academic Publishing (February 13, 2015)[10]ISBN 978-3659583759
  • Hasanov, R.A., Shirali, I.Y., Ramazanov, F.A., Zeynalov, A.I, Kazimov, M.I., Musevi, S.A., Gasimova, T.M. and Babaev, A.M. International Journal of Development Research[11] MODELLING OF MECHANICAL PERFORMANCES FOR PLANAR SOFC DEVELOPMENT
  • Şirəli İ.Y. Maili quyu lüləsində yönəldilməyən qazma kəmərinin aşağı hissəsinin tədqiqi. ADNA,Elmi əsərlər, №3, 1998.
  • Şirəli İ.Y., Sadıqov S.X. Homeopatiyanın ikinci prinsipini tətbiq etməklə qazıma məhlulunun ilk kimyəvi işlənməsi. Dövlət elm və texnika komitəsi , Elm və texnikanın yenilikləri № 1 (5) , 2001
  • Şirəli İ.Y., Sadıqov S.X. Neft və qaz quyularının qazılmasında məhlulların kimyəvi işlənməsi zamanı ehtiyatlara qənaətli texnologiyanın tətbiqi. Faktor-4 elmi-təcrübi konfransın məruzələr toplusu, Bakı-2001.
  • Şirəli İ.Y. İstinad mərkəzləşdirici elementsiz qazma kəmərinin aşağı hissəsinin tədqiqi. ADNA, Elmi əsərlər,1998 №8 s21-27
  • Şirəli İsgəndər Yaqub oğlu-Renovasiya texnologiyalarının quyudaxili alət və avadanlıqları (tutucu alətləri), dərs vəsaiti, 2015 [12]
  • Şirəli İsgəndər Yaqub oğlu-Renovasiya texnologiyalarının quyudaxili alət və avadanlıqları (suxurdağıdıcı alət və avadanlıqlar), dərs vəsaiti, 2015[13]
  • Azərbaycan Mühəndislik Akademiyasının jurnalı[14](Dənizdə yerləşən "Ümid-12" quyusunun yan lüləsinin mürəkkəb geoloji şəraitdə böyük diametrli quyruq kəməri ilə birləşdirilməsi təcrübəsi)
  • Azərbaycan Neft təsərufatı jurnalı[15] (Перспективы нефтегазоносности нижнего отдела продуктивной толщи в свете новых данных, полученных на месторождении Булла-Дениз)
  • Ширали И. Я. О механизме самопроизвольного искривления трассы наклонного ствола при бурении забойными двигателями. Сборник тезисов республиканской конференции молодых ученых и аспирантов Баку, АГНА.
  • Ширали И. Я. Новые технические разработки элементов КНБК. Баку, Чашыоглы, 2000, 147с.
  • Ширали И. Я. Оптимизация геометрии режущих элементов вооружения породоразрушающего инструмента. Международная конференции Породоразрушающий и металообрабатывающий инструмент-техника и технология его изготовления и применения. (18-25) 06.2010, вып.13, Киев Украина.
  • Ширали И. Я. Оптимизация профиля промывочных насадок породоразрушающих инструментов. Международная конференции Породоразрушающий и металообрабатывающий инструмент-техника и технология его изготовления и применения. (18-25) 06.2010, вып.13, Киев Украина.
  • Ширали И. Я. Породоразрушающие инструменты и пути их модернизации. Баку, АГНА, 2011 г.
  • Ширали И. Я. Бурение наклонно-направленных скважин с горизонтальным окончанием. Баку, АГНА, 2011, часть I
  • Ширали И. Я. Бурение наклонно-направленных скважин с горизонтальным окончанием. Баку, АГНА, 2011, часть II
  • Ширали И. Я. Оценка работоспособности бурового машинного агрегата. Баку, АГНА, 2011г.
  • Ширали И. Я. Разработка нового параметрического ряда магнитных ловителей на основе энергетических магнитных захватных механизмов. Международная конференция «Нефть и Газ Западной Сибири». Том III.(20÷22).10.2011.
  • Ширали И. Я. Обратный метод оценки энергоемкости разрушения пород при забойной зоны с учетом показателей их свойств. ADNA, “ Neftin , qazın geotexnoloji problemləri və kimya “ . XII cild, Bakı, 2011.
  • Ширали И. Я. Влияние реомеханических свойств горых пород на энергоемкость их разрушения. ADNA, “ Neftin , qazın geotexnoloji problemləri və kimya “ . XII cild, Bakı, 2011.
  • Ширали И. Я. Разработка и внедрение механизма для создания дополнительной нагрузки на буровой машинный агрегат. Журнал « Азербайджанское Нефтяное Хозяйство» (АНХ) Qəbul edilib 11.2011.
  • Ширали И. Я. Исследование устойчивости окружающего массива пород стенок горизонтального ствола наклонно-направленных скважин. Москва, Специализированный журнал «Бурение и Нефть». 01.2012.
  • Ширали И. Я. Разработка методов расчета участков профилей наклонно-направленных скважин по результатам анализа промыслово-статической информации.
  • Ширали И. Я. Разработка и исследовании опорноцентрирующего устройства низа бурильной колонны для проводки ствола наклонно-направленных скважин. Труды международной научно-технической конференции «Научные проблемы Заподно-Сибирского нефтегазового региона: гуманитарные естественные и технические аспекты» Тюмень 1999, с.60-61.
  • Разработка и внедрение новых технических средств и технологии для улучшения показателей бурения[16]

İlyasov A.K., Şirəli İ.

  • Şirəli İ.Y. İki kameralı özlü-plastik kipləyici paker. Patent №a20090221 , 2009.
  • Şirəli İ.Y. İcra mexanizminin quraşdırma yararlığı yüksək olan kalibrator. Patent № a20090201 , 2009.
  • Şirəli İ.Y. Maili quyuların üfüqi lüləsinin qazılması üsulu. Patent № a20090270 , 2009.
  • Şirəli İ.Y. Hər iki yaruslu hidromonitor effektli balta. Patent № a020100003 , 2010.
  • Şirəli İ.Y., Əmirova R.G. , Gülgəzli Ə.S. , Abbasov S.H., Həsənov Ə.R. Seqmentli fləns birləşməsi. Patent №20060254.
  1. "Arxivlənmiş surət". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-16.
  2. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 27 iyun 2014-cü il tarixli (protokol 09-R) qərar
  3. Диплом № 1617. Решением Общего собрания Россиской инженерной академии от 17 февраля 2017г. Протокол №11
  4. "Arxivlənmiş surət". 2019-01-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-16.
  5. "Arxivlənmiş surət". 2019-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-16.
  6. https://azertag.az/xeber/NEFTCHILAR_GUNU_TANTANA_ILA_QEYD_EDILMISDIR-388262
  7. "Arxivlənmiş surət". 2019-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-16.
  8. "Arxivlənmiş surət". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-16.
  9. "Arxivlənmiş surət". 2019-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-16.
  10. https://www.amazon.com/%D0%91%D1%83%D1%80%D0%B5%D0%BD%D0%B8%D0%B5-%D1%81%D0%BA%D0%B2%D0%B0%D0%B6%D0%B8%D0%BD-%D0%98%D0%BD%D0%BD%D0%BE%D0%B2%D0%B0%D1%86%D0%B8%D0%BE%D0%BD%D0%BD%D0%B0%D1%8F-%D1%82%D0%B5%D1%85%D0%BD%D0%B8%D0%BA%D0%B0-%D1%82%D0%B5%D1%85%D0%BD%D0%BE%D0%BB%D0%BE%D0%B3%D0%B8%D1%8F/dp/3659583758
  11. ISSN^ 2230-9926
  12. Azərbaycan Respublikası Təhisl Nazirliyinin 326 saylı əmri ilə dərs vəsaiti kimi təsdiq edilmişdir.
  13. Azərbaycan Respublikası Təhisl Nazirliyinin 492 saylı əmri ilə dərs vəsaiti kimi təsdiq edilmişdir.
  14. İSSN 2076-0515
  15. İSSN 0365-8554
  16. http://elibrary.az/cgi/irbis64r/cgiirbis_64.exe?LNG=&Z21ID=&I21DBN=AREF&P21DBN=AREF&S21STN=1&S21REF=5&S21FMT=fullwebr&C21COM=S&S21CNR=10&S21P01=0&S21P02=1&S21P03=A=&S21STR=%D0%A8%D0%B8%D1%80%D0%B0%D0%BB%D0%B8%D0%B5%D0%B2%2C%20%D0%98%D1%81%D0%BA%D0%B5%D0%BD%D0%B4%D0%B5%D1%80%20%D0%AF%D0%B3%D1%83%D0%B1%20%D0%BE%D0%B3%D0%BB%D1%8B[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]