İslamçı atatürkçülük

İslamçı atatürkçülük, həmçinin islamokamalçılıq, islamokamalizm, atatürkçü islamçılıq (türk. İslamokemalizm, İslamcı Atatürkçülük, Atatürkçü İslamcılık), Yaşıl kamalizm (Yeşil Kemalizm) kimi də tanınır[1][2] — ya dövləti və siyasətini sekulyar saxlayaraq cəmiyyətin dindar olması lazım olduğuna inanan, ya da siyasətdə də sekulyarizminin tamamilə islamçılıqla əvəzlənəcəyinə inanan kamalizmə əsaslanan türk-islam sintezi ideologiyasıdır.[3][4]

Camaatlar ilə münaqişədə olan türkiyəli islamçılar öz ittifaqlarını yeniləmək məcburiyyətində qalmış, Türkiyə dövlətinin qatı kamalçı olduğu və Türkiyə ordusunun ülkçülərlə dolduğu bir vaxtda Türkiyə dövlətinin dəstəyi ilə camaatlarla vuruşmağa qərar vermişdilər. Vətən PartiyasıMHP bu islamçıların yeni müttəfiqləri olmuşdur. Kamalçılığı islamçılara və əksinə, islamçılığı kamalçılara uyğunlaşdıran ortaq əsaslar var idi. İslamokemalizm Tunçer Kılınç dövründə böyüdü. Osmanlının yanında Cümhuriyyəti də sevən bir çox türk ideologiyaya çəkilir. [5] İslamçı atatürkçülük xilafətin ləğvindəki roluna görə tənqid edir, lakin islamçı kamalçılar onu millətinin azadlığını təmin etmək üçün lazım olanı edən bir lider olaraq görür və hesab edirlər ki, həm Osmanlı imperiyası, həm də Türkiyə Respublikası eyni zamanda dəstəklənilə bilər.[6][7][8] Türkiyədə çox məşhur bir ideologiyadır.[9] Bu, adətən Türkiyə siyasətinin mərkəz sağ, sağ, və ifrat sağçıları ilə əlaqələndirilir.[10]

İslamçı atatürkçülük 1980-ci ildə Türkiyədə dövlət çevrilişinin ideologiyası idi.[11] Cəlal Bayar, Cövdət Sunay, Kənan Əvrən, Alparslan Türkeş, və Möhsün Yazıçıoğlu İslamçı atatürkçü kimi qələmə verilirdi.[12][13]

Bütün islamçı atatürkçülər Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsələr də, islamokamalçılıq hər iki ideologiyanı birləşdirərək islamçılar ilə milliyətçilər arasında uçurumu bağlayan və Mustafa Kamal Atatürkə heyranlıqla Osmanlı keçmişini mənimsəyən Ərdoğanın hakimiyyəti dövründə böyümüşdür.[14][15] Rəcəb Tayyib Ərdoğanın siyasətləri Vladimir Putin, Viktor Orban, Donald Tramp, Jair Bolsonaru, Matteo Salvini, və Narendra Modinin siyasətlərinə bənzədilib.[16]

  1. "Yeşil Kemalizm". Ahval News. 17 November 2017. 7 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2024.
  2. ÇANDAR, Cengiz. "'Yeni Türkiye', 'Yeşil Kemalizm' mi?". www.hurriyet.com.tr (türk). 2014-08-31. 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
  3. "İslamcı Atatürkçülük kutuplaşmaya çözüm mü?". PolitikYol.com | Yorum, Analiz, Haber Sitesi (türk). 2022-11-05. 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  4. "Atatürkçü İslâmcılık". YENİ ASYA - Gerçekten haber verir. 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  5. YEĞEN, MESUT. "Atatürkçü İslamcılık - MESUT YEĞEN". PERSPEKTİF (türk). 2022-11-18. 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  6. "Atatürk düşmanı Türkiye'nin 127. partisini kurdu. Kastamonu'da Atatürk'e hakaret edince vatandaşlar tepki göstermişti". Yeniçağ Gazetesi. June 3, 2023. March 11, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 18, 2024.
  7. "Osmanlı Ocakları'ndan 'Kaftancıoğlu' tepkisi: Atatürk, emperyalizme karşı başarılı olmuş bir milletin lideridir". Aydınlık. September 15, 2020. March 11, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 18, 2024.
  8. "Osmanlı Ocakları'ndan Çin'e Zulüm Tepkisi". www.hurriyet.com.tr. July 3, 2015. March 11, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 18, 2024.
  9. "Mücahit Bilici: Laikçi Kemalizm bitti, yeşil Kemalizm başladı". YENİ ASYA - Gerçekten haber verir. 2018-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
  10. "Abdurrahman Dilipak: AK Parti, CHP'nin tabanından oy almak için yeşil Kemalizm'e oynuyor". T24 (Turkish). 2024-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
  11. Hınıslı, Hasan. "Sağ Kemalizm - Hasan Hınıslı". Haberdar Gazetesi (türk). 2012-11-20. İstifadə tarixi: 2024-04-17.
  12. "Sağ Kemalizm: Kimdir bu sağ Kemalistler? « PolitikYol.com | Yorum, Analiz, Haber Sitesi" (türk). 2021-09-03. 2024-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-17.
  13. "Muhsin Yazıcıoğlu'nun ezber bozan Atatürk açıklaması". Ciddi Gazete - Haberler, Son dakika haberleri, Güncel haber (türk). 2022-11-10. 2022-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-17.
  14. "An imperial State: Turkey according to Erdoğan and Davutoğlu". Limes (italyan). 2013-03-06. 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  15. Odatv. ""Erdoğan İslami Kemalist oldu" diyen ben değil Hasan Cemal". Odatv (türk). 2017-09-22. 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  16. "What progressives need to defeat Trump: populism and religion | Religion | The Guardian". amp.theguardian.com. 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.