Möhsün Yazıçıoğlu (türk. Muhsin Yazıcıoğlu; 31 dekabr 1954, Sarqışla, Sivas ili – 25 mart 2009[1], Göksun[d], Qəhrəmanmaraş) — türk siyasətçisi. Böyük Birlik Partiyasının yaradıcısı.
Möhsün Yazıçıoğlu | |
---|---|
türk. Muhsin Yazıcıoğlu | |
| |
Vəzifədədir | |
8 yanvar 1996-cı ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 dekabr 1954 |
Doğum yeri | |
Vəfat tarixi | 25 mart 2009[1] (54 yaşında) |
Vəfat yeri |
Keş dağı, Qəhrəmanmaraş Türkiyə |
Vəfat səbəbi | helikopter qəzası |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, baytar |
Anası | Fidan Yazıçıoğlu |
Həyat yoldaşı | Güləfər Yazıçıoğlu |
Uşaqları | Firuzə(qızı),Furkan(oğlu) |
Dini | sünni islam |
|
|
muhsinyazicioglu.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Möhsün Yazıçıoğlu 31 dekabr 1954-cü ildə Sivasın Sarkışla rayonunun Almalı kəndində anadan olub. İlk təhsilini kənd məktəbində alan Möhsün Yazıcıoğlu 1972-ci ildə Ankara Universitetinin baytarlıq fakültəsinə daxil olur. Gələcək partiya sədrinin siyasi fəaliyyətə başlaması da bu illərə təsadüf edir. Hələ məktəb illərində Sarkışla Gənc Ülkücülər Hərəkatına qoşulan Möhsün Yazıçıoğlu Ankaraya gəldikdən sonra Ülkü Ocaqları Genel Mərkəzində çalışmağa başlayıb. Türkiyənin ağır siyasi dövrlər yaşadığı 1977–1978-ci illərdə Ülkü Ocaqları Genel Başqanının müavini və Ülkü Ocaqları Genel Başqanı vəzifələrində çalışan Möhsün Yazıçıoğlu 1980-ci ilə kimi həmçinin MHP lideri Alparslan Türkeşin müşaviri də olub. Ülkücü hərəkatda önəmli bir yeri olan Möhsün Yazıçıoğlu Susurluq hadisəsinin baş qəhrəmanı olan Abdullah Çatlının köməkçisi olub. 1978-ci ildə Ülkücü Gənclik Dərnəyini yaradan Möhsün Yazıçıoğlu ölkəni sarsıdan bir sıra bəyanatları ilə yadda qalıb. 80-ci illərdə Abdullah Çatlı haqqında qiyabi həbs qərarı verildikdən sonra "Ankaranın hər yerində bomba partladarıq" bəyanatı verən Yazıçıoğlu Çatlı haqqında məhkəmə hökmünün dəyişdirilməsinə nail olmağı bacarıb.
1980-ci il sentyabrın 12-də Türkiyədə baş verən hərbi çevrilişdən sonra o "MHP və Ülkücü Qurumlar" cinayət işi ilə əlaqədar həbs olunur və ömrünün 7,5 ilini həbsxanada keçirir. Həbsxanadan çıxdıqdan sonra hərbi çevriliş dövründə cəzaya məhkum olunmuş ülkücülərə və onların ailə üzvlərinə yardım göstərmək məqsədilə Sosial Təhlükəsizlik və Təhsil Dərnəyi yaradan Möhsün Yazıçıoğlu 1987-ci ildə Milliyyətçi Çalışma Partiyasına qoşularaq siyasi fəaliyyətini bərpa edir. Partiyanın baş katibinin müavini vəzifəsində çalışan Yazıçıoğlu 1991-ci ildə Sivasdan millət vəkili seçilir. 1992-ci ildə isə partiya sədri Alparslan Türkeşlə aralarında yaranmış fikir ayrılığı Möhsün Yazıçıoğlunun MÇP-dən istefa verməsi ilə nəticələnir. O milliyətçilik əvəzinə türk-islam sintezinə üstünlük verən bir qrup dostu ilə 1993-cü ildə Böyük Birlik Partiyasını təsis edir və partiyanın ilk qurultayında sədr seçilir. 1995-ci ildə ANAP-BBP ittifaqının siyahısı üzrə Sivasdan millət vəkili seçilən Möhsün Yazıçıoğlu bir il sonra ANAP-dan ayrılır və yenidən öz partiyasına qayıdır. Son parlament seçkilərində Böyük Birlik Partiyası seçkiləri boykot etdiyinə görə Möhsün Yazıçıoğlu seçkilərə Sivasdan müstəqil namizəd qismində qatılır və yenidən millət vəkili seçilir. O, 2007-ci ildə BBP sıralarına qayıdır və 3-cü növbədənkənar qurultayda partiyanın sədri seçilir.
25 mart 2009-cu ildə Kahramanmaraşdan Yozqata gedən zaman helikopter qəzasında dünyasını dəyişmişdir.