İslam Həsən oğlu Eyvazov (7 aprel 1999; Naxçıvan şəhəri, Azərbaycan — 9 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
İslam Eyvazov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan şəhəri, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Xocavənd, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Azərbaycan Silahlı Qüvvələri |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri |
İslam Eyvazov 1999-cu il aprelin 7-də Naxçıvan şəhərində anadan olub. 2006-cı ildə Naxçıvan şəhər 15 saylı orta məktəbə daxil olmuşdur. 2015-ci ildə isə həmin məktəbin IX sinifini bitirmişdir. Təhsil müddətində həm də 7 il Ərtoğrul Cavid adına musiqi məktəbinin fortopiano ixtisası üzrə dərs almışdır. IX sinifi bitirdikdən sonra Naxçıvan şəhər hərbi liseyinə sənəd vermiş, lakin qəbul olunmamışdır.
2017-ci ildə həqiqi hərbi xidmətə yola düşmüşdür. Həqiqi hərbi xidməti bitirdikdən sonra 2020-ci ildə yenidən hərb sahəsinə qayıdır. N saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmət göstərməyə başlayan İslam Eyvazov 2 ay sonra vətənini qorumaq üçün ön cəbhyə yola salınır. Cəbrayıl, Füzuli, Xocavənd istiqaqmətində ön cəbhədə vuruşur. 09.11.2020-ci ildə Xocavənddə şəhid olur. Qaraxanbəyli kənd məzarlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İslam Eyvazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İslam Eyvazov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[2]