İslam Respublikası Partiyası

İslam Respublikası Partiyası (fa: حزب جمهوری اسلامی) (İRP) — 1979-cu ilin ortalarında Ayətullah Ruhullah Xomeyninin İran İslam İnqilabı dövründə inqilabı həyata keçirməsinə və ölkədə teokratiyanın hökmranlığının təmin edilməsinə kömək etmək üçün qurulmuş bir siyasi partiyadır. Partiya siyasi mövcudluğunu daxili çəkişmələr səbəbiylə ləğv edildiyi 1987-ci ilin mayına qədər davam etdirmişdir. İfrat sağ mövqeli, Şiəlik əsaslı İslama əsaslanan partiya olmuşdur.

İslam Respublikası Partiyası

حزب جمهوری اسلامی
Loqonun şəkli
Qurucu
Lideri Ruhullah Xomeyni (ilk)
Mir Hüseyn Musəvi (son)
Quruluş tarixi 18 fevral 1979
Dağılma tarixi 1 iyun 1987
Baş qərargah
İdeologiya islamçılıq, antiimperializm
Üzv sayı 138.280 nəfər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Partiyanın ümumi xüsusiyyətləri və qurucuları

[redaktə | mənbəni redaktə et]

Partiya İran İnqilabından iki həftə sonra Ayətullah Xomeyninin tələbi ilə yaradıldı. Partiyanın beş təsisçi üzvü var idi; Məhəmməd Cavad Bahanar, Məhəmməd Behişti, Haşimi Rəfsəncani, Əli Xamenei və Əbdülkərim Musəvi Ərdəbili. Beş təsisçi ilə yanaşı, partiyanın ilk mərkəzi komitə üzvlərinə Həsən Ayət, Əsədullah Badamçiyan, Abdullah Yəsbi, Mir Hüseyn Musəvi, Həbibullah Əsgəroladi Müsəlman, Seyid Mahmud Kaşani, Mehdi İraqi və Əli Dərəhşan da daxil idi. Behişti, Bahonar və Xamenei birlikdə partiyanın ümumi katibliyi vəzifəsini icra etmişdirlər.

Partiyanın güclü ruhanilərdən formalaşan birliyi, Xomeyniyə bağlılığı, liberal siyasi hərəkatlara müxalif olması və inqilabi təşkilatlara açıq dəstəyi onun ən başlıca cəhətləri idi. Böyük sərmayə tələb edən iqtisadi qurumların milliləşdirilməsi, İslam mədəniyyətinin populyarlaşdırılması və universitet sisteminin müvafiq olaraq yenidən qurulması və yoxsullara kömək kimi siyasətləri dəstəkləyirdi.

Bu inqilabçı ruhanilər partiyadan inqilabdan sonra qurulmuş teokratik İran dövlətində hakimiyyəti ələ keçirmək və hökumət inhisarını yaratmaq üçün istifadə etdilər. Partiya digər mülki müxalif qruplarla güc mübarizəsində İran İnqilab Keşikçiləri Ordusundan və Hizbullahdan istifadə etdi.

Dağılmasının səbəbləri

[redaktə | mənbəni redaktə et]

1980-ci illərin sonlarına doğru partiyadakı fraksiyaların toqquşması pik həddə çatdı. İran-İraq müharibəsi, təcrid siyasətinin davam etdirilib-etdirilməməsi, iqtisadi siyasət mövzusunda konsensusa gələ bilinməməsi partiyadaxili qarşıdurmaya səbəb ola biləcək məsələlər idi. Bundan əlavə, bütün digər siyasi partiyaların və hərəkatların fəaliyyətlərinin qadağan edilməsi siyasi arenada rəqibsiz qalan İRP-ni böyük inersiya vəziyyətinə gətirmişdi.[1]

Əhməd Mneysi Əl-Əhramda belə yazmışdı:

" İRP tək partiyalı hakimiyyət altında teoloji dövlət idarəçiliyinə dair razılığa gəlsə də, partiyadakı sağçı ünsürlər İslam üsulları (məsələn, Vilayəti-Fəqih kimi) ilə bağlı dərin fikir ayrılıqları yaşayırdılar.[2] "

Digər tərəfdən İran üzrə ekspert Daniel Brumberg, prezident Əli Xamenei ilə populyar baş nazir Mir Hüseyn Musəvi arasındakı qarşıdurma ilə partiyanın sonunun gəldiyi fikri ilə çıxış etmişdir. Lakin mövzu ilə bağlı başqa bir məruzəsində partiyanın 1987-ci ilin mayında ləğvini onun partiyadaxili münaqişə ilə əlaqələndirirdi. Nəhayət, Rəfsəncani və partiya lideri Xameneinin ortaq xahişi və Xomeyninin təsdiqi ilə 1987-ci il mayın 2-də ləğv edilmişdir.

Partiya liderləri

[redaktə | mənbəni redaktə et]

Baş katib köməkçisi

[redaktə | mənbəni redaktə et]
  1. Keddie, Nikkie, Modern Iran, 2003, pp. 259-60
  2. Mneisi, Ahmad. 2004. The Power shift within Iran's right wing Arxivləşdirilib 2004-12-14 at the Wayback MachineAhram, 5 July 2004