Vilayəti-Fəqih ( ərəb. "vəli"-vali -"fiqh" bilim, anlayış) — İranda Ayətullah Ruhulla Xomeyni tərəfindən yaradılan və indi də hakim siyasi quruluş olan teokratik hakimiyyətin adı.
Daha dəqiq təsviri və tələffüzü ilə “Vilayəti-Fəqih”, dini hüquq alimi mənasına gələn fəqihin qəyyumluq və inzibati gücü deməkdir.
Şiə siyasi düşüncəsində dini və siyasi hakimiyyət Məhəmməd peyğəmbərin canişini Əli əleyhissəlamın nəslindən olan “İmamlara” aiddir. Ancaq On iki imam şiələrinə görə 12-ci imam olan İmam Mehdinin qeyri-müəyyən bir müddətdə qədər qeybdə olduğu( o insanların arasında yaşayır amma insanlar onu tanımır )və gələcəkdə zühur edəcək. İmam Mehdinin qeybi dövründə şiə höküməti qurldu və İslami qanunlar əsasında idarə olunmağa başlandı. Vilayəti fəqih həm dini həm siyasi rəhbərdir. 1970-ci illərdə Həzrət Ayətullah Xomeyni, “Vilayəti-Fəqih ya Hökuməti İslami” adlı kitabı ilə sistemləşdirdiyi “Vilayəti-Fəqih” (“Fəqihin qəyyumu”) nəzəriyyəsi ilə siyasi hakimiyyətin imamların mənəvi varisləri olan din alimlərinin əlində olması fikrini irəli sürmüşdür. On iki imam Şiələrində imamətə iman gətirmək inanc prinsiplərindən biridir. Bu, imamın nüfuzunun da peyğəmbərlik kimi ilahinin təqdir və qərarı olduğuna inanmaq deməkdir. Vilayeti-Fəqih əsaslı qəyyumluq anlayışı İran konstitusiyasının beşinci maddəsində tənzimlənir. Buna görə, İmam Mehdinin(Məhdi əleyhissəlamın yazdığı məktuba əsasən)qeyb zamanı müddətində(şiələrin müraciət etməli olduğu şəxs) İran İslam Respublikasında iş və ümmətin (dövlətin və xalqın idarəsi) qəyyumulugu, xalqın əksəriyyətinin tanıdığı və etimad etdiyi ədalətli, təqvalı, cəsur, ehtiyatlı və tədbirli bir fəqihə (müctəhid dərəcəsindəki bir fiqh alimi) aiddir.