İslam Silahlı Hərəkatı

İslam Silahlı Hərəkatı, həmçinin Əlcəzair İslam Silahlı Hərəkatı və ya Silahlı İslam Hərəkatı (fr. Mouvement Islamique Armé; ərəb. الحركة الإسلامية المسلحة‎, Harakat El Islamiyyat El Musallaha) — 1980–1990-cı illərdə Əlcəzairin şimalında fəaliyyət göstərmiş islamçı gerilla qrup və terror təşkilatı.[1][2] Qrup Əlcəzairdə 1980-ci illərin ən böyük və ən geniş əsaslı islamçı ekstremist təşkilatı idi.[3] Qruplaşma 1981-ci ildə,[4] 1982-ci ilin aprelində[5] və ya 1982-ci ilin iyulunda[6] təhlükəsizlik xidmətləri ilə qarşıdurmadan sonra Mustafa Buyalı tərəfindən yaradılmışdır. Lərba rayonunda hökumətə qarşı hücumlar həyata keçirən qruplaşma kiçik qrupların ittifaqı kimi çıxış etmiş,[7] Buyali isə özünü əmir elan etmişdi.[8] Onlar İkinci Dünya müharibəsinin makilərinə bənzər gerilla müharibəsi ilə məşğul idi və ekstremist qruplar üçün ideal ərazini təmin etdiyinə görə Atlas dağlarıBlida vilayətinin şəhərətrafı sahəsində yerləşirdi.[9][10]

  1. "What Algeria 1992 can, and cannot, teach us about Egypt 2013". openDemocracy (ingilis). 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
  2. Ufheil-Somers, Amanda. "Algeria Between Eradicators and Conciliators". MERIP (ingilis). 1994-07-15. 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
  3. Stone, Martin. The agony of Algeria. London: Hurst & Co. 1997. ISBN 1-85065-175-2. OCLC 37929276.
  4. Refugees, United Nations High Commissioner for. "Refworld | Islamism, the State and Armed Conflict". Refworld (ingilis). 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-28.
  5. "Algeria: Bloody Past and Fractious Factions | Wilson Center". www.wilsoncenter.org (ingilis). 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-28.
  6. "30. Algeria (1962-present)". uca.edu (ingilis). 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-28.
  7. Islam and Islamic groups : a worldwide reference guide. Farzana Shaikh. Harlow, Essex, U.K.: Longman Group UK. 1992. ISBN 0-582-09146-2. OCLC 28426753.
  8. Kepel, Gilles. Jihad : the trail of political Islam. Cambridge, Mass.: Harvard University Press. 2002. ISBN 0-674-00877-4. OCLC 48851110. 2022-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-07.
  9. "Arxivlənmiş surət" (PDF). 2023-01-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-06-07.
  10. "WOMEN BATTLE FOR THEIR RIGHTS IN ALGERIAN CITY". Sun Sentinel. 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.