İslamda zina

Zina (ərəb. زِنَا‎) — islam hüququnda (fiqh) evli olmayan insanlar arasında qeyri-qanuni cinsi əlaqə. Dörd sünni və iki şiə məzhəbinin hamısında zina termini bir-biri ilə evli olmayan kişi və qadın arasında könüllü cinsi əlaqə deməkdir. Əksər Avropa dillərində evli şəxslərin digərləri ilə cinsi əlaqəsi və iki subay insan arasında cinsi əlaqə arasında fərq qoyulur. Buna baxmayaraq, islam şəriətində belə bir fərq yoxdur. İslam qanunları müsəlmanlar və qeyri-müsəlmanlar üçün QuranMəhəmməd peyğəmbərin sünnəsinə əsasən cəzalar nəzərdə tutur.

Digər İbrahimi dinlərində olduğu kimi islamda da zina ən ağır günahlardandır. Zina Quranda üç yerdə qeyd edilmişdir.[1][2][3]

Məhəmməd peyğəmbərin sünnəsindən zina ilə bağlı bir neçə hal var. Birinci halda Məhəmməd peyğəmbər Tövrat qanununa istinad edərək zina edən yəhudi qadını daşqalaq etməyi əmr etmişdi. İkinci halda, Bəni-Əsləm qəbiləsindən olan evli bir kişi zina etmiş və dörd dəfə öz əleyhinə şahidlik etmişdir. Bu adam da daşqalaq edilmişdir.[4]

  1. İsra17:32
  2. Nur24:2
  3. Nur24:4
  4. "Аят 30. Аль-Бакара / Коран: Перевод смыслов и комментарии Кулиева Э. Р." 2017-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-12.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Али-заде А. А. Зина // Исламский энциклопедический словарь. — М. : Ансар, 2007. — ISBN 978-5-98443-025-8. (CC BY-SA 3.0)
  • Боголюбов А.С. Зина // Ислам: энциклопедический словарь / Отв. ред. С. М. Прозоров. — М. : Наука, ГРВЛ, 1991. — С. 78. — 315 с. — 50 000 экз. — ISBN 5-02-016941-2.
  • Zinā or Zināʾ / Peters, R. // Encyclopaedia of Islam. 2nd ed : [англ.] : in 12 vol. / ed. by P. J. Bearman, Th. Bianquis, C. E. Bosworth, E. van Donzel, W. P. Heinrichs et al. — Leiden : E.J. Brill, 1960—2005. (платн.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]