İsmayıl Əsgərov

İsmayıl Nəsrulla oğlu Əsgərov (15 noyabr 1914, Ordubad, Naxçıvan qəzası17 fevral 2003, Bakı) — Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini.

İsmayıl Əskərov
1952 – dekabr 1955
SonrakıXurşud Məmmədov
Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri
29 may 1950 – 22 sentyabr 1952
ƏvvəlkiTofiq Allahverdiyev
SonrakıZəhra Kərimova
Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini
dekabr 1955 – 1958
Şəxsi məlumatlar
Doğum tarixi 15 noyabr 1914(1914-11-15)
Doğum yeri
Vəfat tarixi 17 fevral 2003(2003-02-17) (88 yaşında)
Vəfat yeri
Partiya

Təltifləri "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

1914-cü ildə Ordubad şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə Ordubad İpəkəyirici fabrikində fohlə kimi başlamışdır. 1933-cü ildə Azərbaycan Meşə Təsərrüfatı Texnikumunu bitirərək Ordubad rayon İK-də təlimatçı, daha sonra Azərbaycan LKGİ Ordubad rayon komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri işləmiş, 1938-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, sonra həmin institutun aspiranturasını, daha sonra Moskvada Sov İKP MK yanında Ali Partiya Məktəbini bitirmişdir. Bakı Partiya Komitəsi təbliğat-təşviqat şöbəsinin müdir müavini, Azərbaycan LKGİ MK-nın təbliğat-təşviqat üzrə katibi, Azərbaycan LKGİ MK-nın birinci katibi, 1950–1952-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri, 1952-ci ildə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin birinci katibi, 1955-ci ildə Azərbaycan KP MK Ticarət-Maliyyə və Plan şöbəsinin müdir müavini, 1956-cı ildə Azərbaycan SSR Kənd Təsərrüfatı nazirinin müavini, 1957-ci ildə Azərbaycan KP MK Partiya komissiyasının sədri, 1974–1981-ci illərdə Azərbaycan KP MK-da təşkilat-partiya işi şöbəsinin müdiri, 1981-ci ildən Azərbaycan KP MK yanında Partiya komissiyasının sədri,1984–1990-cı illərdə V. İ. Lenin adına muzeyin direktoru vəzifələrində çalışmışdır.

"Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.

II, V çağırış Azərbaycan SSR Ali Sovetinin, IV çağırış SSRİ Ali Sovetinin və IV çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir.

1990-cı ildən respublika əhəmiyyətli təqaüdçüdür.