Xurşud Məmmədov

Xurşud Bayramqulu oğlu MəmmədovAzərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun rektoru, Azərbaycan Kommunist Partiyası Lənkəran RayonAstara Rayon partiya komitələrinin birinci katibi, Azərbaycan Kommunist Universitetinin əvvəlcə rektorunun tədris işləri üzrə müavini, daha sonra isə rektoru.[1]

Xurşud Məmmədov
dekabr 1955 – 10 mart 1961
Əvvəlkiİsmayıl Əsgərov
SonrakıHacıağa İbrahimov
1951 – 1954
ƏvvəlkiƏliqulu Fərəcov
SonrakıŞamil Əliyev
bayraq
Azərbaycan Kommunist Partiyası Lənkəran Rayon Partiya Komitəsinin birinci katibi
bayraq2
1948 – 1951
ƏvvəlkiRamiz Rəhmanov
Sonrakıİsmayıl Allahyarlı
bayraq
Azərbaycan Kommunist Partiyası Astara Rayon Partiya Komitəsinin birinci katibi
bayraq2
1944 – 1948
bayraq
Azərbaycan Kommunist Universiteti rektorunun tədris işləri üzrə müavini
bayraq2
Şəxsi məlumatlar
Doğum tarixi 1906
Doğum yeri
Partiya

Təltifləri "Lenin" ordeni "Lenin" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Döyüş xidmətlərinə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Xurşud Məmmədov 1906-cı ildə Qaryagin rayonunda doğulmuşdur. 1927-ci ildə 7 illik məktəbi bitirdikdən sonra həm ordud xidmət etmiş, həm də tam orta təhsil almışdır.

Xurşud Məmmədov əmək fəaliyyətinə Azərbaycan Kommunist Partiyası Qaryagin Rayon Komitəsində başlamışdır. O, 1936-cı ildə 26 Bakı Komissarı adına Zaqafqaziya Kommunist Universitetini, daha sonra isə orada aspiranturanı bitirərək Tiflis Ali Partiya Məktəbi və Bakı Ali Partiya Məktəbində tarix fənni üzrə dərs keçmişdir.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Xurşud Məmmədov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında işləmişdir. O, Azərbaycan Kommunist Universiteti rektorunun tədris işləri üzrə müavini, daha sonra isə rektoru işləmişdir.

Xurşud Məmmədov 1944-cü ildən 1948-ci ilədək Azərbaycan Kommunist Partiyası Astara Rayon Partiya Komitəsinin birinci katibi, 1948–1951-ci illərdə Azərbaycan Kommunist Partiyası Lənkəran Rayon Partiya Komitəsinin birinci katibi, 1951–1954-cü illərdə Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun rektoru, 1954-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Respublika Partiya Məktəbinin direktoru, 1995–1961-ci illərdə isə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi vəzifələrində işləmişdir.

  • Məmmədov Xurşud Bayramqulu oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 154.
  1. "Arxivlənmiş surət". 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-06.