Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İsmayıl Calallı (İsmayıl Calal oğlu Sadıqov; 24 may 1962, Xalisa, Vedi rayonu) — İnformatika terminlərinin izahlı lüğətinin müəllifi
İsmayıl Calallı | |
---|---|
Doğum tarixi | 24 may 1962 (62 yaş) |
Doğum yeri | |
Mükafatları |
1962-ci il 24 may tarixində Vedi rayonunun Xalisa kəndində dünyaya gəlib. Bakı Dövlət Universitetində mexanika-riyaziyyat ixtisası üzrə ali təhsil alıb.[1]
Azərbaycanda avtomatlaşdırma və proqramlaşdırma üzrə bir çox layihələrin rəhbəri olub. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda elmi fəaliyyətlə məşğul olub.
Təhsil Nazirliyinin TİMS şöbəsinin müdiri vəzifəsində çalışıb.[2]
Ümumtəhsil məktəblərinin 1–11 sinifləri üçün "İnformatika" dərsliklərinin (2006–2022) əsas müəlliflərindəndir.[3][4][5][6]
2008-ci ildə Rabitə ustası fəxri adına layiq görülüb.[mənbə göstərin]
2009-cu ildə Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.[8]
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |