İsmayıl Faruk Aksu

İsmayıl Faruk Aksu (1 sentyabr 1963, Ünye[d], Ordu ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı.[1]

İsmayıl Faruk Aksu
Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı
Vəzifədədir
23 iyun 2015-ci ildən
Seçki dairəsiiyun, 2015İstanbul (3.)
noyabr, 2015İstanbul (3.)
2018İstanbul (3.)
2023İstanbul (3.)
Şəxsi məlumatlar
Doğum tarixi 1 sentyabr 1963(1963-09-01) (60 yaş)
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

İsmayıl Faruk Aksu 1963-cü ildə Ordu ilinin Ünye ilçəsində anadan olub. Bursa Uludağ Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. Qazi Universitetinin Elm və Texnologiya İnstitutunda magistr dərəcəsi alıb.[1]

1986-2001-ci illərdə Dövlət Kadrlar İdarəsində mütəxəssis yardımçısı, mütəxəssis və şöbə müdiri vəzifələrində çalışıb. Standartların Yenidən Qurulması (TSE) Şurasının sədri olub. 2001-ci ildə Baş nazirin mənzil məsələləri üzrə müşavirinin müavini vəzifəsinə təyin edilib. Konut GYO Mənzil Koordinasiya Şurasının sədri və Təftiş Şurasının sədri vəzifələrində çalışıb. İnvestisiya Mühitinin Yaxşılaşdırılması üzrə Koordinasiya Şurasının İnvestisiya Komitəsinin sədri də olub. 2004-cü ildə Bayındırlıq Nazirliyində nazirin müşaviri, 2007-ci ildə isə TBMM MHP qrupunun müşaviri vəzifəsinə təyin edilib. 2012-ci ildə Siyasi Sosial Strateji Araşdırmalar Vəqfinin (TASAV) Mütəxəssislər Şurasının qurucu sədri olub.

Uzun illərdir MHP üzvüdür. 2015-ci ildə MHP İdarə Heyətinin üzvü seçilib. 2018-ci ildən MHP sədrinin müavinidir.[1]

İyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə İstanbul ilindən MHP namizədi olaraq Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. 25 və 26-cı çağırışlarda TBMM Plan və Büdcə Komissiyasının üzvü, 27 və 28-ci çağırışlarda isə TBMM Plan və Büdcə Komissiyasının sədr müavini vəzifəsində təmsil olunub.[1]

İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.[1]

  1. 1 2 3 4 5 TBMM. "İsmail Faruh AKSU". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.