İsmayıl Kazımov

İsmayıl Babaş oğlu Kazımov (1 oktyabr 1955, Soltanlı, Cəbrayıl rayonu) — dilçi-alim, filologiya elmləri doktoru, professor.

İsmayıl Kazımov
İsmayıl Babaş oğlu Kazımov
Doğum tarixi 1 oktyabr 1955(1955-10-01) (69 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi türkologiya
Elmi dərəcəsi filologiya elmləri doktoru

İsmayıl Babaş oğlu Kazımov 1955-ci il oktyabrın 1-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. 1976-cı ildə APİ-nin filologiya fakültəsini bitirmişdir. 1989-cu ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2010-cu ildən institutun türk dilləri şöbəsinin baş elmi işçisidir.

1987-ci ildə «Oğuz qrupu türk dillərində yarımçıq cümlə» mövzusunda namizədlik, 2002-ci ildə «Axısqa türklərinin dili» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.[1] 100-dən çox elmi-publisistik məqalənin və aşağıdakı kitab və monoqrafiya və proqramların müəllifidir.

  • 1. Oğuz qrupu türk dillərində yarımçıq cümlə. Bakı, 1987, 154 s.
  • 2. Soltanlı: bir kəndin yetirmələri. Bakı, 1998, 154 s. (prof. Q.Kazımovla)
  • 3. Axısqa türklərinin dili. Bakı, «Elm», 1999, 276 s.[2]
  • 4. Axısqa toponimləri. Bakı, «Nurlan» nəşriyyatı, 2001, 48 s.
  • 5. Axısqa folkloru. Dədə Qorqud. 2002\4, s. 133-168.
  • 6. Axısqa folkloru. Dədə Qorqud. 2003\1, s. 157-175.
  • 7. Türk dilləri şöbəsi-30. Bakı, 2003 (kollektiv).
  • 8. Müstəqillik qazanmı türk xalqlarının dilində alınma leksika.\\ Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri. I cild, Bakı, BSU, «Kitab aləmi», 2004, s.294-319.
  • 9. Cəbrayıl və cəbrayıllılar. Bakı, «Nurlan», 2006, 654 s.
  • 10. Karluq qrupu türk dillərinin terminoloji leksikası.\\Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri. II cild, Bakı, «Nurlan», 2008, s.6-59
  • 11. Müasir türk dillərinin müqayisəli fonetikası. I cild, Bakı, «Elm və təhsil», 2011, 196 s.
  • 12. Müasir türk dillərinin müqayisəli leksikası. II cild, Bakı, «Təknur» nəşriyyatı, 2010, 400 s.
  • 13. A.Rəhimovun bədii nəsrinin dil və üslub özəlliyi. Bakı, «Bakı Qızlar Universiteti» nəşriyyatı, 2011, 265 s.
  • 14. Yazıçı karyerası: Dilin və sənətin işığında. Bakı, «Bakı Qızlar Universiteti» nəşriyyatı, 2013, 350 s.
  • 15. Axısqa türkləri: dil, tarix və folklor. Bakı, «Elm və təhsil». 2012, 492 s.
  • 16. Nizami Cəfərov və Azərbaycan türkçülük düşüncəsi. Bakı, «AzAtaM», 2010, 48 s.
  • 17. Azərbaycan dilçiliyi müntəxəbatı. III cild, Bakı, 2013, 567 s. (Tərtibçi, izah və şərhlərin müəllifi).
  • 18. Mahmud Kaşğari «Divan»ı və çağdaş türk dilləri. Bakı, «Elm və təhsil», 2014, 224 s.
  • 19. Azərbaycan dilinin funksional qrammatikası: Söyləm. Bakı, 2014, 640 s. (kollektiv).
  • 20. SSRİ Dövlət Mükafatı Laureatı Mirbabayev Miryusif Mirabbas oglu. Baku, "Türkologiya", 2015, №3, s.43-48.
  • 1. Türk dillərinin leksikologiyası proqramı ( Magistratura pilləsi üçün). BDU, Bakı, 2003, 8 s.
  • 2. “Azərbaycan dili fonetikasının əsasları” fənnindən proqram. HSM 040001-Azərbaycan dili. Bakı, 2009 (Magistr hazırlığı üçün), 10 s.
  • 3. Türk dilçiliyinin nəzəri qrammatikası. \\Şərqşünaslıq fakültəsi Türk filologiyası kafedrasının dil üzrə magistr pilləsi. Azərbaycan və rus bölmələri üçün fənn proqramları. Bakı, 2008, s. 9-13.
  • 4. Türk dillərinin müqayisəli qrammatikası. \\Şərqşünaslıq fakültəsi Türk filologiyası kafedrasının dil üzrə magistr pilləsi. Azərbaycan və rus bölmələri üçün fənn proqramları. Bakı, 2008, s. 14-18.
  • 5. Türk dilçiliyinin müasir problemləri. \\Şərqşünaslıq fakültəsi Türk filologiyası kafedrasının dil üzrə magistr pilləsi. Azərbaycan və rus bölmələri üçün fənn proqramları. Bakı, 2008, s. 22-26.
  • 6. Türk dilinin leksikologiyası. \\Şərqşünaslıq fakültəsi Türk filologiyası kafedrasının dil üzrə magistr pilləsi. Azərbaycan və rus bölmələri üçün fənn proqramları. Bakı, 2008, s. 27-30.
  1. http://www.axiska.narod.ru/IsmayilK.htm Arxivləşdirilib 2021-06-27 at the Wayback Machine.
  2. ttp://turuz.com/post/axisqa-turklerin-dili-ismayil-kazimov.aspx