İsmayıl Məhəmməd oğlu Məmmədov (25 aprel 1950, Qaravəlli, Zərdab rayonu) — tarixçi, tarix elmləri doktoru, professor.[1]
İsmayıl Məmmədov | |
---|---|
İsmayıl Məhəmməd oğlu Məmmədov | |
Doğum tarixi | 25 aprel 1950 (74 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | tarix |
Elmi dərəcələri | |
Elmi adı | |
İş yeri | BDU Türk xalqları tarixi kafedrası |
Alma-mater | BDU Tarix fakültəsi |
Mükafatları |
1950-ci il aprelin 25-də Zərdab rayonu, Qaravəlli kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. 1969–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 1976–1979-cu illərdə aspiranturada oxumuşdur. 1983-cü ildə "Azərbaycan zəhmətkeşlərinin Ümumittifaq Lenin iməcliklərində iştirakı (1969–1976)" adlı namizədlik disertasiyasını müdafiə edib. 1992-ci ildə "Azərbaycan fəhlə sinfinin mədəni-texniki səviyyəsinin yüksəlməsi (70–80-ci illər)" adlı doktorluq dissertasiyasını müdafiə edib.
1980-ci ildən Tarix fakültəsində müəllim vəzifəsində çalışır. Hazırda "Türk və Qafqaz xalqları tarixi" kafedrasının professorudur. Təhsilin bakalavr pilləsində "Türk xalqlaırı tarixi" fənnini tədris edir. Magistratura pilləsində "Türk dünyasi tarixi" ixtisası üzrə "Hunlar" mövzusunda dərs aparır. 1 monoqrafiyanın, 1 dərsliyin, 1 dərs vəsaitinin, 3 metodik vəsaitin, 70-dən çox məqalənin müəllifidir. Türkiyədə Dumlupinar Universitetinin təşkil etdiyi Beynəlxalq Konfransda iştirak etmişdir (Türkiyə, Kütahiya şəhəri. Bakı, 2006).
Qədim dövrdə və orta əsrlərdə türk xalqlarının dövlətçilik tarixi.