Qaravəlli (Zərdab)

QaravəlliAzərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.

Qaravəlli
40°10′34″ şm. e. 47°46′29″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 794 nəf.
Xəritəni göstər/gizlə
Qaravəlli xəritədə
Qaravəlli
Qaravəlli

Qaravəlli Zərdab rayonunun qədim və zəngin tarixə malik kəndlərindən biridir. Qaravəllilər əvvəllər yarımköçəri maldarlıqla məşğul olmuş, Kür vadisinə XIX əsrin ikinci yarısında həmişəlik gəlmiş və əsasən oturaq həyata keçmişlər. Əlisəfa Məmmədov "Qarayazı düzündən Xəzər dənizinə qədər" kitabında yazır ki, Azərbaycanın qədim türkdilli tayfalarından olan qaravəllilər XX əsrin əvvəllərinə qədər əsasən Şirvanda, Araz boyunca – Mildə, Muğanda yaşayırdılar. Bu vaxt onların Şirvanda Qaravəlli-Alməmməd (ona Xanlıq da deyirdilər) və Qaravəlli (Tapdıq), Qaravəlli-Qambaybəy, Muğanda Qaravəlli, Arazın sol sahilində – Mil düzündə isə Qaravəlli və Minaxarlı (Qaravəlli) kəndləri olmuşdur. Şimali Azərbaycanda Qaravəlli adlı 8 kənd vardı. Qaravəllilər indi Azərbaycanın Gədəbəy, Ağsu, Zərdab, Ağcabədi, Şamaxı, İmişli və Balakən rayonlarının ərazilərində yerləşirlər.

Qaravəllinin yaşlı sakinlərinin rəvayət etdiyinə görə ilk dəfə bu əraziyə Vəli, onun ardınca, daha sonra isə Hacıaxund adlı biri gəlib. Onların hər üçü Araz qırağından olub. Vəli kişinin rəngi qara olduğuna görə bu kəndin adını elə Qaravəlli qoyublar. Qaravəllinin iki oğlu, Hacıaxundun yeddi oğlu, üç qızı, Qasımbəyin bir oğlu, beş qızı olmuşdur.

Rayonda ən yaxşı futbol oynayanlar Hüseynxanlı kəndi ilə yanaşı bu kənddə toplanıb.[1]

  1. Bəlkə Zərdabda da komanda yaradaq? Arxivləşdirilib 2015-02-17 at the Wayback Machine 05.02.2015, rekord.az  (az.)