İsmayıl Qəribov

İsmayıl Qəribov - kimya elmləri doktoru (1973), professor (1974)

İsmayıl Qəribov
İsmayıl Məcnun oğlu Qəribov
Doğum tarixi
Doğum yeri Azərbaycan, Ağdaş
Vəfat yeri Ağdaş rayonu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Qəribov Məcnun
Anası Qəribova Məleykə
Elm sahəsi kimya
Elmi dərəcələri kimya elmləri doktoru (1973), professor (1974)
İş yeri Tibb Universiteti
Təhsili V.İ. Lenin ad. Azərbaycan Pedaqoji İnstitutu
Tanınır alim, professor

İsmayıl Qəribov 1915-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. Ağdaşda orta məktəbi bitirdikdən sonra V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə qəbul olmuşdur. 1939-cu ildə həmin institutu bitirərək doğma rayonuna qayıtmış və burada orta məktəblərdə ixtisası üzrə müəllim işləmişdir.Ailəli olmuşdur.5 övlada malik.Ən tanınmışı Qəribov Fuad İsmayıl oğlu olmuşdur.

İ. Qəribov 1943-cü ildə Gəncə Zərdabi adına Pedaqoji İnstitutuna müəllim dəvət edilmiş, orada kimya kafedrasının müdiri vəzifəsində işləməyə başlamışdır. O, 1967-ci ilə kimi həmin institutda çalışmışdır. 1967-ci ildən etibarən Bakıda "Vedeqo" adlı Ümumittifaq Elmi-Tədqiqat İnstitutunda laboratoriya müdiri vəzifəsində fəaliyyətini davam etdirmişdir. Sonra o, Azərbaycan Tibb İnstitutunda kimya kafedrasında dosent, bir müddət keçdikdən sonra isə professor vəzifəsini tutmuşdur. M. Qəribov 1973-cü ildə kimya elmləri doktoru elmi adını almışdır. Azərbaycan Tibb İnstitutunda işlədiyi dövrdə professor M. Qəribovun rəhbərliyi altında 3 nəfər elmlər namizədi hazırlanmışdır. O, 70-ə yaxın elmi məqalənin müəllifidir. [1]

  1. Faiq Şükürbəyli. "Ağdaş tarixin yaddaşında-I kitab", Bakı ,2013, səh.158