İsmixan Didərgin (tam adı:Məmmədov İsmixan Müseyib oğlu; 25 aprel 1933, Ağkilsə, Basarkeçər rayonu – 5 iyun 1994, Bayan, Daşkəsən rayonu) — Azərbaycan şairi, jurnalist, müəllim.[1]
İsmixan Didərgin | |
---|---|
İsmixan Müseyib oğlu Məmmədov | |
| |
Doğum adı | İsmixan Məmmədov |
Təxəllüsü | İsmixan Didərgin |
Doğum tarixi | |
Doğum yeri | Ağkilsə, Basarkeçər, Ermənistan SSR |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Bayan, Daşkəsən rayonu, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Uşağı | Hikmət Məmmədov |
Atası | Müseyib Məmmədov |
Fəaliyyəti | şair |
İsmixan Didərgin 25 aprel 1933-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 6 yaşından atadan yetim qalıb. Uşaqlıq və gənclik illərində ağır zəhmətə qatlanmalı olmuşdur. İbtidai təhsilini öz doğma kəndində, orta təhsilini qonşu Zod kəndində almışdır. Gənc yaşlarından şer yazmağa başlamışdır.
1957-1962-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində oxumuşdur. Doğulduğu Ağkilsə kənd orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır.
1965-1970-ci illərdə Basarkeçər rayonununda çıxan "Bolluq uğrunda" qəzetində işləmişdir. 1970-1988-ci illərdə Ağkilsə kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir.
1988-ci ildə doğma yurd-yuvasından məcburən ayrılmış, Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmışdır.
Daşkəsən rayonunun Bayan kəndində 5 iyun 1994-cü ildə vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir.