İsrafil Məmmədov (kimyaçı)

İsrafil Məmmədov — (Tam adı: İsrafil Allahverdi oğlu Məmmədov ; d.25 iyun 1927 Ordubad - ö.28 oktyabr 1995 Bakı ) — Kimyaçı, Kimya elmləri doktoru (1965), Professor (1972).

İsrafil Məmmədov
İsrafil Allahverdi oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Naxçıvan, Ordubad
Vəfat tarixi (68 yaşında)
Vəfat yeri Azərbaycan, Bakı
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Allahverdi Məmmədov
Elmi adı Professor
Təhsili Bakı Dövlət Universiteti

Məmmədov İsrafil 25 iyun 1927-ci ildə Ordubad şəhərində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini, 1955-ci ildə Azərbaycan Milli EA Kimya İnstitutunun aspiranturasını bitirmiş, 1951-1971-ci illərdə burada kiçik və böyük elmi işçi vəzifələrində çalışmış, 1971-1972-ci illərdə isə korroziya prosesinin inhibitorlaşdırılması laboratoriyasına rəhbərlik etmişdir. 1972-1978-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunun (indiki Naxçıvan Dövlət Universiteti) rektoru olmuşdur.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1978-1980-ci illərdə AMEA Qeyri-Üzvi və Fiziki Kimya İnstitunda böyük elmi işçi, 1980-1986-cı illərdə dispers sistem və səth hadisələri laboratoriyasının müdiri, 1987-1989-cu illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Naxçıvan şəhərində yerləşən "Araz" təcrübə zavodunun direktorunun elmi işlər üzrə müavini işləmişdir. 1986-91-ci illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin İnstitunda (indiki Azərbaycan Milli Aerokosmik Agentliyi) laboratoriya müdiri, 1991-1992-ci illərdə Ordubadda Xüsusi Konstruktor Bürosunun direktor müavini və Baş mühəndisi, 1992-1995-ci illərdə AMEA Y.Məmmədəliyev adına Neft Kimyası Prosesləri İnstitunda aparıcı elmi işçi vəzifələrində işləmişdir. Tədqiqatları mürəkkəb çoxfazalı sistemlərdə metalların korroziyası, korroziyaya qarşı inhibitorların yaradılması və onların təsir mexanizminin öyrənilməsinə həsr edilmişdir. O, 200-dən çox elmi işin, 4 monoqrafiyanın, 30 müəlliflik şəhadətnaməsinin müəllifidir. Bir sıra beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir.[1]

“Ömür təqvimindən tökülən yarpaqlar” kitabı İsrafil Məmmədovun həyatının bəzi məqamlarını əks etdirir.

28 oktyabr 1995-ci ildə erməni terrorçuları Bakıda metroda partlayış törədərkən faciəli şəkildə həlak olmuşdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. İsrafil Məmmədov (1927- 1995) kim olub?