İsrafil Məmmədov (qəhrəman)

İsrafil Məhərrəm oğlu Məmmədov (16 mart 1919, Qapanlı1 may 1946, Yalta, Krım vilayəti[d]) — ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı[1].

İsrafil Məmmədov
İsrafil Məhərrəm oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 16 mart 1919(1919-03-16)
Doğum yeri
Vəfat tarixi 1 may 1946(1946-05-01) (27 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü piyada
Hərbi hissə 180-ci atıcı diviziyanın 42-ci atıcı alayı
Xidmət illəri 1939-1943
Rütbəsi Leytenant
Vəzifəsi atıcı bölük komandirinin köməkçisi
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İsrafil Məmmədovun qəbirüstü abidəsi, Gəncə, Xan bağı.

1919-cu ildə martın 16-da Şəmkir rayonu Qapanlı kəndində anadan olmuşdur. Kirovabad sənaye texnikumunu bitirmiş və buradakı toxuculuq kombinatında çalışmışdır.

1939-cu ildə hərbi xidmətə çağrılmış, Böyük Vətən Müharibəsinin başlanmasını cəbhədə qarşılamışdır. 1941-ci ilin iyulunda ona baş serjant rütbəsi verildi. Əvvəlcə o taqım komandiri kimi xidmət etmiş, sonradan isə bölük komandirinin köməkçisi təyin olunmuşdur.

2 dekabr 1941-ci ildə ona kiçik leytenant rütbəsi verilir. 3 dekabr 1941-ci il tarixində onun rəhbərlik etdiyi 20 nəfərlik dəstə Novqorod yaxınlığında, İlmen gölü ətrafında əhəmiyyətli yüksəkliyin alman ordusunun taboruna qarşı qorunmasını təmin etmiş və 10 saat davam edən döyüşdə düşmənin 300 nəfər canlı qüvvəsini məhv etmişdi. Təkcə İsrafil Məmmədovun bu döyüşdə 70 əsgər və 3 zabiti məhv etdiyi bildirilir.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 dekabr 1941-ci il tarixli fərmanı ilə komandanlığın verdiyi döyüş tapşırığının nümunəvi icrasına və alman işğalçılarına qarşı mübarizədə göstərdiyi rəşadət və qəhrəmanlığa görə İsrafil Məmmədova Lenin ordeni"Qızıl Ulduz" medalı (№ 554) təqdim edilməklə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. 15 dekabrda isə orden və medal ona elə döyüş meydanında təqdim olundu. Bununla da o bu adı alan ilk azərbaycanlı oldu.

1943-cü ildən İsrafil Məmmədov döyüşlərdə aldığı yaralar səbəbi ilə ordudan tərxis olunaraq ehtiyata buraxılmışdır. Ömrünün qalan hissəsini Kirovabadda (indiki Gəncə şəhəri) yaşamışdır. Azərbaycan komsomol gənclər təşkilatının mərkəzi komitəsində çalışmışdır. 1 may 1946-cı ildə Yaltada müalicə olunduğu hərbi hospitalda vəfat etmişdir. Onun cənazəsi xüsusi təyyarə ilə Azərbaycana gətirildi və ailəsi həmin vaxt Gəncədə yaşadığı üçün o vaxt "Lenin" parkı adlanan indiki Xan bağında torpağa tapşırıldı.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

İsrafil Məmmədov Novqorod ətrafındakı döyüşlərdən birində onun həyatını xilas edən tibb bacısı Yevdokiya İvanovna adlı xanımla ailə qurmuş, bu evlilikdən onların əkiz qız övladı — Qalina və Svetlana dünyaya gəlmişdir.

  • Doğulduğu Qapanlı kəndində büstü ucaldılmış, Qapanlı kənd tam orta məktəbi hazırda onun adını daşıyır.
  • Gəncə şəhərində adına ev müzeyi, məktəb, abidə və küçə vardır.
  • 1986-cı ildə SSRİ Poçt xidməti üzərində onun portreti olan markalı konvert buraxmışdır.
  • "Qəhrəmanın yolu" oçerki — Mir Cəlal Paşayev
  • "İsrafil", Bakı-1942 — Mir Cəlal Paşayev İsrafil Məmmədov 1941-ci ildə Novqorod vilayətinin Pustinka kəndində gedən uğurlu döyüşlərdə igidcəsinə vuruşmuş, göstərdiyi Qəhrəmanlığa görə İlk dəfə "Sovet İttifaqı Qəhrəmanı" Adına layiq görülmüşdür.
  1. "Мамедов Исрафил Магерам Оглы". 2018-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]