İsrail Hərbi Hava Qüvvələri (ivrit: זְרוֹעַ הָאֲוִיר וְהֶחָלָל, Zroa HaAvir VeHahalal) İsrail Silahlı Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. İsrailin müstəqillik haqqında bəyannaməsinin qəbul edilməsindən qısa müddət sonra, 28 may 1948-ci ildə yaradılmışdır. General-mayor Amikam Norkin 2017-ci ilin avqust ayından etibarən Hərbi Hava Qüvvələri komandanı vəzifəsində xidmət edir.
İsrail Hərbi Hava Qüvvələri | |
---|---|
זרוע האויר והחלל | |
Növü | Hərbi Hava Qüvvələri |
Yaranma tarixi | 28 may 1948 - günümüzə |
Ölkə | İsrail |
Tabedir | İsrail Silahlı Qüvvələri |
Daxildir | İsrail Silahlı Qüvvələri |
Sayı | 684 uçuş aparatı (təyyarə, helikopter və s.)[1] |
Qərargah | Tel-Əviv, İsrail |
Fərqlənmə nişanları | |
Komandanlıq | |
Komandir | General-mayor Amikam Norkin |
iaf.org.il | |
Vikianbarda əlaqəli mediafayllar |
İsrail HHQ aşağıdakı funksiyaları yerinə yetirməyə cavabdehdir:[2]
1. İsrail dövlətinin hava məkanını düşmənin istənilən hücumundan müdafiə etmək və Silahlı Qüvvələrin əməliyyat apardığı ərazinin havadan təhlükəsizliyini təmin etmək
2. Silahlı Qüvvələrin döyüş zonasında hava üstünlüyünü ələ keçirmək
3. Həm quruda, həm də dənizdə döyüş əməliyyatlarında iştirak etmək
4. Düşmənin nəzarəti altında olan ərazinin dərinliklərinə zərbə endirmək
5. Hava kəşfiyyatı aparmaq
6. Qoşunların və silah sistemlərinin daşınması
7. Axtarış, xilasetmə və təxliyə əməliyyatlarında iştirak etmək
8. Xüsusi əməliyyatlar icra etmək
9. İsrail Silahlı Qüvvələrinin ümumi planına uyğun olaraq özünü inkişaf etdirmək