F-35

F-35 Joint Strike Fighter (JSF)- Amerika Birləşmiş ŞtatlarıBöyük Britaniya tərəfindən müştərək istehsal edilən, beşinci nəsil, radara görünməyən (stealth), tək pilotlu, tək mühərrikli hərbi döyüş təyyarəsidir. Beşinci nəsil qırıcı təyyarə yerdəki hədəfləri məhv etmə və hava döyüşü aparmaq üçün inkişaf etdirilib. F-35 təyyarəsinin 3 əsas növü var: F-35A - ənənəvi qalxma və enmə variantı, F-35B - sürətli qalxma və şaquli enmə variantı və F35C - aviadaşıyıcılar üçün hazırlanmış katapultla tez qalxma variantı. 31 iyul 2015-də ilk F-35 eskadrilyası ABŞ-də keçirilən intensiv test və yoxlamadan sonra xidmət üçün hazır elan edildi. F-35 Müştərək Qırıcı Təyyarə proqramının tenderində qalib olan X-35-dən törəyib. Lokhid Martin aerokosmik şirkətinin mütəxəssisləri tərəfindən dizayn olunaraq hazırlanıb. Qırıcının təkmilləşdirilməsində 9 ölkə iştirak edib. 2020-ci ildən artıq bir ədədi 80 milyon dollara olacaq təyyarələrin 2023-cü il satış qiymətinin 80 milyon dollardan da az olması gözlənilir. Buna səbəb kimi isə ABŞ Müdafiə Nazirliyi ilə aparılan danışıqlar nəticəsində çoxillik kontraktın imzalanması göstərilir. 2019-cu ildə F-35A-nın qiyməti 89,2 milyon, F-35B-nin 115,5 milyon, F-35C-ninki isə 107,7 milyon dollar dəyərindədir.[5]

Lockheed Martin F-35 Lightning II
Tipi Beşinci nəsil qırıcı, Çoxməqsədli qırıcı, Stels Təyyarə, Döyüşçü-bombardmançı təyyarə
Hazırlayan Lockheed Martin
İstehsalçı Lockheed Martin
İlk uçuş 15 dekabr 2006
İstismara verilmə tarixi 31 iyul 2015[1][2][…]
İstismarçılar
Buraxılış sayı 610[4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

F-35 konstruksiyasının seçimi 2001-ci ildə JSF (ing. Joint Strike Fighter-Vahid Hücum Qırıcısı) proqramı çərçivəsində Boeing (X-32 modeli) və Lokhid-Martin (X-35 modeli) şirkətləri arasındakı rəqabət nəticəsində seçilib. Proqram F-16, A-10, F/A-18, AV-8B qırıcılarını əvəz etmək üçün şaquli və qısaldılmış qalxma və enmə imkanı olan Hava Qüvvələri, Hərbi Dəniz və Dəniz Piyadaları üçün qırıcının vahid modelinin yaradılmasını nəzərdə tuturdu. Makdonnell Douglas şirkətinin təklif etdiyi üçüncü model konstruksiyanın mürəkkəbliyi səbəbindən rədd edilmişdi. F-35 dünyanın ən böyük və ən bahalı hərbi təyyarə layihəsidir. "Lockheed Martin" şirkətinin podratçısı olduğu və 194 000 personalın çalışdığı proqramın ilk qırıcısı 2006-cı ildə havaya qalxıb və layihə 30-40 illik (bəzi məlumatlarda 2070-ci ilə qədər) bir dövrü əhatə edir. "Lockheed Martin"in F-35 "Joint Strike Fighter" proqramının dəyəri 2018-ci ildə təxminən 406 milyard dollara çatıb. Proqramın sonuna qədər bu rəqəmin 3 dəfə arta biləcəyi iddia edilir.ABŞ-də ilk prototipi 2000-ci ildə hazır olan təyyarə, ilk dəfə 2005-ci ildə havaya qalxıb, 2015-ci ildə isə silahlanmaya qəbul edilib. Hazırda F-35 ailəsinin aid qırıcılarının seriya istehsalı davam edir. 2011-ci ilin aprelinə qədər təyyarənin hazırlanmasına 56 milyard dollardan çox vəsait xərclənib. Yeni seçilmiş prezident Donald Trampın sözlərinə görə, layihənin tam dəyəri 400 milyard dollar olub.

Bu təyyarələr Əfqanıstanda və Suriyada döyüş əməliyyatlarında iştirak edib.[6]

  • F-35A: Ənənəvi qalxış və eniş (CTOL)
  • F-35B: Qısa qalxış və vertikal eniş (STOVL)
  • F-35C: Təyyarə gəmiləri üçün hazırlanmış versiya (CV)

F-35A modeli ənənəvi üsulla havaya qalxır, F-35B şaquli enmə və qalxma qabiliyyətinə malikdir, F-35C isə aviadaşıyıcılardan katapultun köməyi ilə qalxa bilir.

Texniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Ekipaj: 1 nəfər
  • Uzunluq: 15.67 m
  • Yüksəklik: 4.33 m
  • Qanad genişliyi: 10.65 m
  • Qanad sahəsi: 42.7 kv.m
  • Boş ağırlıq: 13,170 kq(A); 14,588 kq(B); 14,547 kq(C)
  • Yüklü ağırlıq: 22,470 kq
  • Maksimum qalxma ağırlığı: 31,800 kq
  • Mühərrik: 1 ədəd Pratt & Whitney F135 turbofan
  • Daxili yanacaq çəni: F-35A: 8,382 kq; F-35B: 6,352 kq; F-35C: 9,110 kq

Stels texnologiya döyüş təyyarəsinə yerüstü radarlar tərəfindən qeydə alınmadan düşmən ərazisinə nüfuz etməyə imkan verir. Düşmən təyyarələri ilə daha sıx təmasda olduqda, F-35 digər təyyarələrin radarlarında kiçik bir en kəsik kimi görünür, bu isə pilota düşmən qırıcısına birinci hücum etməyə imkan verir. Pilotun dəbilqəsinə yerləşdirilən displey, qırıcının havadakı mövqeyindən asılı olmayaraq hədəfə atəş açmağa imkan verir. Yəni birbaşa hədəfin qarşı tərəfində yerləşmək vacib deyil. Bundan əlavə, F-35 qırıcıları düşmən radarlarını "söndürmə" funksiyasına malikdir. Bu qırıcıların sınaqlarında 65000 göstəricinin sınaqdan keçirilib. Qırıcının bir saat havada qalması 35000-44000 dollara başa gəlir.[6]

Təyyarənin radioelektron mübarizə sistemi “BAE Systems” şirkəti tərəfindən təchiz edilir.[7]

Uçuş keyfiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Max sürət: Mach 1.6+ (1,932 km/s)
  • Uçuş tavanı: 18,288 m
  • Dırmanma sürəti: 200 m/s (təxmini)
  • G limiti: 9g
  • Çəkmə gücünün çəkiyə nisbəti:

Tam dolu yanacaqla: A:0.89 B:0.92 C:0.81

50% yanacaqla: A:1.12 B:1.10 C:1.01

  • Qanad yüklənməsi: 446 kq/kv.m
  • Döyüş radiusu:

F-35A: 1,081 km

F-35B: 868 km

F-35C: 1,138 km

Beynəlxalq iştirakçılar

[redaktə | mənbəni redaktə et]
Türkiyə Türkiyə
  • Türkiyə 120 ədəd F-35 təyyarəsi almaq üçün müraciət etsə də, ABŞ Türkiyənin Rusiyadan S-400 zenit raket sistemlərini almasını bəhanə edərək 2019-cu ildə Türkiyəyə F-35 satışını dayandırdı. Lakin Türkiyə şirkətləri F-35 üçün komponentlər istehsal etməyə davam edirlər. Türkiyə şirkətləri F-35 qırıcıları üçün istehsal etdiyi 139 hissənin 2022-ci il ərzində istehsalına davam edəcək, lakin bununla bərabər ABŞ F-35 proqramı üçün alternativlər üzərində işləri davam etdirir.[8]
İtaliya İtaliya
Niderland Niderland
Kanada Kanada
Norveç Norveç
  • 2017-ci ildə Norveç Hərbi Hava Qüvvələri ilk F-35 qırıcılarını əldə edib. Norveç F-35 qırıcılarının istehsalında iştirak edən ölkələrdən biridir. Hazırda, Norveç Müdafiə Nazirliyi bir hissəsi xilasedici paraşütlə təchiz ediləcək 52 təyyarənin yığılmasını sifariş edib. F-35-lərin hərbi qarovula çıxması 2019-cu il üçün nəzərdə tutulub.[9]
Danimarka Danimarka
Avstraliya Avstraliya
  • Avstraliya 72 ədəd F-35A təyyarəsi sifariş verib. İlk F-35A təyyarəsi 2018-ci ildə Avstraliya ordusuna təhvil verilib. 72 təyyarənin hamısının 2023-cü ilə qədər tam istismara verilməsi gözlənilir.[10]
Böyük Britaniya Birləşmiş Krallıq
  • Birləşmiş Krallıq 2018-ci ilin iyunundan etibarən bu təyyarələri əldə etməyə başlayıb. Onlar Krallığın “Tornado” təyyarələrini əvəzləyib. Britaniya özünün F-35 eskadrilyasını “Meteor” və Spear” qabaqcıl raket sistemləri ilə təchiz edir. Avropanın əsas raket sistemləri istehsalçısı MBDA-nın məhsulları olan “Meteor” və “Spear” raketlərinin F-35 təyyarələrinə inteqrasiyası üzərində işlər aparılır.[11] Ümumilikdə Britaniya 138 ədəd F-35 almağı planlaşdırdırır.[12] Böyük Britaniya F-35 döyüş təyyarələrini İraqSuriyada 2019-cu ilin May-İyun aylarında ilk dəfə sınaqdan keçirib. 14 dəfə kəşfiyyat uçuşu edən təyyarələr bomba yüklü olsalar da bu, sadəcə sınaq üçün istifadə olunub.[13]
Yaponiya Yaponiya
  • 2019-cu il üçün Yaponiya 147 ədəd F-35 almağı planlaşdırır. Bunlardan 100-ü F-4EJ “Phantom II” təyyarələrini əvəzləyəcək F-35A olacaq. Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus F-35A-lardan birinin bu yaxınlarda qəzaya uğramasına baxmayaraq, ölkə həmin qırıcıları almağa davam edəcəyini açıqlayıb. ABŞ hökuməti F-35 təyyarələrinin avionikləri və missiya sistemlərinin arxasındakı kompüter kodlarının ən azından bir hissəsini Yaponiyaya verməyə razılıq verə bilər.[14]
İsrail İsrail
  • İsrail Orta Şərqdə əməliyyata hazır və aktiv F-35-ləri olan yeganə ölkədir və ilk F-35I-lərini 2016-cı ilin dekabrında əldə edib. 2018-ci ilin noyabrında İsrailin F-35I qırıcılarının sayı 14-ə çatıb.[15] İsrail F-35I qırıcılarından 50 ədəd sifariş verib. Qırıcıların hamısının 2024-cü ilədək tədarük edilməsi nəzərdə tutulub.[16] F-35 hərbi təyyarəsini döyüş şəraitində tətbiq edən ilk ölkə İsrail olub. İsrail Hərbi Hava Qüvvələrinin komandanı Amikam Norkin deyib ki, bu təyyarələr artıq iki fərqli bölgədə döyüş uçuşlarına qatılıb. Amikam Norkinə əsasən F-35 Suriyada İran düşərgələrinə və Livandakı Hizbullah hədəflərinə hücumda istifadə olunub. Ehtimallara görə Misirin Sinay yarımadası və Sudandakı ekstremist qruplara qarşı hava zərbələri də məhz F-35-lər vasitəsilə həyata keçirilib. Hərçənd ki, bu barədə məlumatlar rəsmi şəkildə təsdiq olunmayıb.[17] Rusiya KİV-lərinin iddiasına görə, 2018-ci il oktyabrın 16-da İsrail “F-35I” qırıcı təyyarəsi Suriyada İsrailin hava zərbəsi zamanı Rusiya istehsalı olan “S-200” yer-hava tipli raketlə vurulub və xeyli ziyan dəyib. İsrail isə “F-35”in quşla toqquşduğunu və ziyanın bu səbəbdən olduğunu deyir.[18]
Belçika Belçika
  • 2018-ci ilin oktyabrında Belçika özünün yeni nəsil qırıcı təyyarəsi kimi F-35-i seçdiyini rəsmi olaraq elan edib. Plana əsasən Belçika köhnəlməkdə olan F-16 eskadrilyasını yeniləmək məqsədilə 34 ədəd F-35A təyyarəsi satın alacaq və bunun üçün 6,5 milyard dollar vəsait xərcləyəcək.[19]
Cənubi Koreya Cənubi Koreya
  • İlk “F-35A” qırıcısı Cənubi Koreyaya 2019-cu ilin martın sonunda verilib. 2021-ci ilədək daha 40 F-35A və F-35B model qırıcının təhvil verilməsi planlaşdırılıb.[20] 2018-ci ildə Cənubi Koreya hərbi rəhbərliyi alınan F-35B qırıcılarının ordunun sahib olduğu orta həcmli “Dokdo” sinifli döyüş gəmilərinə enişinin mümkün variantları üzərində işləyirdi.[21]
Polşa Polşa
  • ABŞ-nin Polşaya 32 ədəd “F-35” bombardmançı təyyarəsini satması üçün ABŞ Dövlət Departamenti ölkələrarası sənədi 2019-cu ilin sentyabr ayında təsdiqləyib. Razılığa əsasən, Polşaya 32 ədəd F-35 təyyarəsi, “Pratt & Whitney” tərəfindən hazırlanan 33 ədəd "F-35" mühərrikləri və əlaqəli avadanlıqların satılacaq. Müqavilənin ümumi məbləği 6,5 milyard dollardır.[22] Polşa ilkin mərhələdə qırıcıların Rusiyanın Kalininqrad vilayətindən 80 km və Belarusun Minsk-Mazovetski, Brest əyalətindən 160 km məsafədə olan Malborkda yerləşdirilməsini planlaşdırsa da, sonda bu fikirdən imtina edib. Polşalıların fikrincə, qarşı tərəf stels təyyarələrin radar və infraqırmızı siqnallarını öyrənməyə başlamaq fürsətini əldən verməyəcək. Buna görə də sözügedən qırıcıların daha etibarlı ərazidə yerləşdirilməsi nəzərə alınıb. Rəsmi Varşava F-35A-ların ölkənin şimal-qərbində - Almaniya ilə sərhədi yaxınlığındakı Svidvin bölgəsində yerləşdirməyi daha münasib hesab edir.[23]
  • 2018-ci il sentyabrın 28-də yerli vaxtla saat 19:45-də Cənubi Karolina ştatının Beaufort bazasının yaxınlığında ABŞ-nin Dəniz Piyada Korpusuna (DPK) aid olan F-35 döyüş təyyarəsi qəzaya uğradı. Pilotun katapult etdiyi və xəsarət almadığı bildirilir.[6]
  • 9 Aprel 2019-cu ildə Yaponiya Hərbi Özünümüdafiə Qüvvələrinə məxsus F-35 stels təyyarəsi Sakit okeana düşüb. F-35 Aomori sahillərində uçarkən qalxmasından təqribən saat yarım keçmiş radardan yoxa çıxıb və daha sonra onun hissələri aşkarlanıb. Pilotu isə tapmaq mümkün olmayıb.[24] Radardan götürülən informasiyaların və məşq zamanı qırıcılar arasında danışıqların təhlilindən sonra qəzanın əsas səbəbinin insan amili olması müəyyən edilib. Belə ki, hava gəmisinin pilotu məkanda istiqamət götürmə və hündürlüyü hissetmə qabiliyyətini itirib. 41 yaşlı pilot təyyarəni tərk etməyə cəhd göstərməyib və bu da onun qəzadan öncə istiqamətlənmə hissini itirdiyini təsdiq edir.[25]
  1. https://web.archive.org/web/20130103102751/http://www.lockheedmartin.com/us/aeronautics/media-center/f-35a-takes-flight-at-eglin.html.
  2. https://www.f35.com/news/detail/u.s.-marine-corps-declares-the-f-35b-operational.
  3. Air Forces Monthly (brit. ing.). 1988. ISSN 0955-7091
  4. https://f35.com/assets/uploads/downloads/F-35_Fast_Facts_-_January_2021.pdf.
  5. ""Lockheed": 2023-cü ildə F-35A-nın qiyməti 80 milyondan az olacaq". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-15.
  6. 1 2 3 ""Xaç suyu" heç kimə yardım etmir: F-35B niyə və hansı şəraitdə qəzaya uğradı? – EKSPERT". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-07.
  7. ""BAE Systems" F-35 qırıclarını REM vasitələri ilə təchiz edəcək". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-22.
  8. "ABŞ F-35 hissələri üçün Türkiyə şirkətləri ilə işləməyə davam edəcək". 2020-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-01.
  9. "Norveç ilk F-35 qırıcılarını əldə edib - FOTOLAR". 2018-01-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-13.
  10. "Avstraliya ordusuna 30-cu F-35 qırıcısı təhvil verilib". 2020-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-22.
  11. "Britaniya F-35-ləri iki yeni raket sistemi ilə silahlandırır". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-15.
  12. "F-35-lər ABŞ və Britaniya münasibətlərini poza bilər". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-15.
  13. "UK F-35 fighters fly missions from Cyprus over Syria, Iraq". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-26.
  14. ""Lockheed" Yaponiyaya F-35 koduna giriş imkanı təklif edib". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-15.
  15. "İsrail stels arsenalını genişləndirir". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-15.
  16. "İsrail avqust ayında yeni F-35 qırıcıları əldə edəcək". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-22.
  17. "İsrail: Türkiyə də daxil, 9 ölkənin iştirakı ilə istehsal edilmiş "F-35-ləri döyüşdə istifadə edən ilk ölkəyik"". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.
  18. "Rusiya raketi həqiqətən İsrail F-35-ini vurubmu?". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-15.
  19. "Belçika "Lockheed"dən 34 ədəd F-35 satın alacaq". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-15.
  20. "Şimali Koreya "F-35" qırıcılarını məhv edəcək silah hazırlayır". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-11.
  21. "Seul F-35 qırıcılarının döyüş gəmilərinə eniş yollarını axtarır". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-25.
  22. "ABŞ Polşaya 32 ədəd "F-35" satacaq". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-11.
  23. "Polşa F-35 qırıcılarını Rusiya sərhədləri yaxınlığında yerləşdirməkdən imtina edib". 2020-08-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-22.
  24. "Yaponiyanın F-35 təyyarəsi qəzaya uğrayıb". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-15.
  25. "Yaponiyada F-35A qırıcısının qəzaya uğramasının səbəbi açıqlanıb". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-17.