İstanbul Universiteti-Cərrahpaşa — İstanbulda yerləşən Türkiyə dövlət universiteti. 2018-ci ildə bəzi fakültə, institut, kollec və peşə məktəbləri İstanbul Universitetindən ayrılaraq İstanbul Universiteti-Cərrahpaşa adı altında yeni universitet kimi yaradılıb.[1] Adını İstanbulun Cərrahpaşa səmtinə də adını verən Cərrah Mehmed Paşadan almaqdadır.[2] 12 fakültə, 6 institut, 1 kollec, 5 peşə məktəbi və 17 tədqiqat mərkəzinə malikdir.[3] 8 kampusu olan universitetin rektorluğu Avcılarda yerləşir.[4] Universitet iki dildə, türk və ingilis dillərində təhsil verir.[5]
İstanbul Universiteti-Cərrahpaşa | |
---|---|
40°59′09″ şm. e. 28°43′37″ ş. u. | |
Əsası qoyulub | 2018 |
Ölkə | |
Sayt | iuc.edu.tr |
Dünyanın 20 ən qədim universiteti arasında yer alan və Türkiyə Respublikasının ilk müasir universiteti olan İstanbul Universiteti, İstanbul-Cerrahpaşa Universitetinin əsasını təşkil edir. İstanbul Universiteti, 2018-ci ildə 23 fakültə, 17 institut, 2 məktəb, 7 peşə məktəbi, 44 elmi-tədqiqat mərkəzi, 12 şəhərcik, 6000-ə yaxın professor-müəllim heyəti, 12 min inzibati heyəti və 170 min-dən çox bakalavr tələbəsini özündə birləşdirirdi. Lakin bu böyümənin gətirdiyi problemlər zaman keçdikcə daha da artıb və həll olunmaz bir prosesə irəliləyirdi.[3]
Gündən-günə sıxlaşan şəhərlər, onların əhalisinin durmadan artması, getdikcə çətinləşən nəqliyyat və məskunlaşma problemləri, eləcə də inzibati-təsərrüfat məsələlərinin həllində qarşıya çıxan çətinliklər və böyük universitetlərin idarə olunmasında formalaşan maliyyə, akademik və təhsil problemləri iri universitetlərin bölünməsi məsələsi gündəmə gətirməyə başlamışdı.[3] Nəticə etibarilə 2018-ci ildə İstanbul Universiteti biri İstanbul Universiteti, digəri isə İstanbul Universiteti-Cərrahpaşa olmaqla ikiyə bölündü. Universitetin ilk rektoru olaraq Cərrahpaşa Tibb Fakültəsi müəllimi Prof. Dr. Nuri Aydın təyin edildi.
Universitetin yaranma tarixi onun loqosunda "1453" kimi təqdim olunur. Universitet rəhbərliyinin 2019-cu ildə qəbul etdiyi qərarla tibb fakültəsinin yaranma tarixi 1827-ci il olaraq qəbul edilib.[6]
Hazırda İstanbul Universiteti-Cərrahpaşa, 6794 əməkdaş, 2313 akademik, 4481 inzibati heyət ilə 33 minə yaxın tələbəyə xidmət göstərir. Universitet Avcılar, Bahçeköy, Bakırköy, Böyükçəkməcə, Cərrahpaşa, Hasəki, Sultanqazi və Şişli olmaqla 8 kampusda fəaliyyətini davam etdirir.