İstanbul qız liseyi

İstanbul qız liseyi (türk. İstanbul Kız Lisesi) ― Osmanlı imperiyasında qızlar üçün dövlət tərəfindən qurulmuş ilk məktəb.

İstanbul qız liseyi
Əsası qoyulub 1850
Ölkə

Məktəb 1850-ci il martın 21-də, Tənzimat islahatlarının təsisçilərindən biri olan sədrəzəm Mustafa Rəşid paşa tərəfindən açılmışdır. Məktəb binası Sultan I Əbdülməcidin anası Bəzmialəm Sultan tərəfindən maliyyələşdirilib. Müəssisə ilk başlarda orta məktəb olmuşdur. (türk. rüşdiye). Məktəb 1911-ci ildə İnas İdadisi (Qızlar liseyi), daha sonra isə İnas Sultanisi (Qızlar üçün imperiya liseyi) adını alıb.

Türkiyədə cümhuriyyət dövrünün böyük bir hissəsində məktəb İstanbul Kız Lisesi adı ilə tanınsa da, hər zaman himayədarı Bəzmialəm Sultanın (Bezm-i Alem) adı ilə əlaqəli olmuş və 1924-cü ilə qədər təxminən on il boyunca rəsmi olaraq Bezm-i Alem Sultanisi olaraq adlandırılmışdır.

Müəssisə 1980-ci illərin əvvəllərində Türkiyədə yalnız qızların təhsil aldığı digər məktəblərdə də olduğu kimi fəaliyyətini dayandırıb. Məktəb 1984-cü ildə yeni tələbələri qəbul etməyi dayandırmış və 1988-ci ildə son məzunlarını yola saldıqdan sonra bağlanmışdır. Bağlandıqdan sonra binası Cağaloğlu Anadolu Liseyi olmuşdur.