Mustafa Rəşid paşa

Mustafa Rəşid paşa(13 mart 1800 - 7 yanvar 1858)—Osmanlı dövlətinin baş naziri, diplomat.

Mustafa Rəşid paşa
28 sentyabr 1846 – 28 aprel 1848
ƏvvəlkiMəmməd Emin Rauf paşa
Sonrakıİbrahim Sarim paşa
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İstanbul, Osmanlı İmperiyası
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri İstanbul
Milliyyəti türk
Fəaliyyəti siyasətçi, diplomat
Uşaqları Əli Qalib Paşa, Mehmed Cəmil Paşa
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mustafa Rəşid paşa 13 mart 1800-cü ildə İstanbulda anadan olmuşdu. Atası II Bəyazid Külliyesi vəqfləri ruznaməçəcisi Mustafa əfəndidir. İbtidai təhsilini atasından almışdı. Sonra bir müddət mədrəsədə oxumuşdu. Atasının vəfatından sonra dövlət məmuru olan dayısı İspartalı Seyid Əli paşanın yanında təhsilinə davam etmişdi.

Mustafa Rəşid paşa 7 yanvar 1858-ci ildə İstanbulda vəfat edib.

Mustafa Rəşid paşanın islahatları

[redaktə | mənbəni redaktə et]

Manifesti hazırlayan Rəşid paşa müəyyən mənada istədiyinə nail olmuşdu. Belə ki, bu qanunun hazırlanmasından əvvəl uzun müddət London və Parisdə olan Rəşid paşa, elə bir mexanizm formalaşdırmışdı ki, sultan hakimiyyətini köklü şəkildə sarsıtmadan xeyli məhdudlaşdırırdı. Burada sultanın nümayişkaranə şəkildə edam və əmlakın müsadirə edilməsi hüququndan imtina etməsi, əslində, ilk növbədə, Rəşid paşanın qələbəsi idi. Bu hüquq nazirlərə verilsə də, nazirlərin vəzifə fəaliyyətləri üçün yeni qanunlar hazırlanırdı ki, onlar bu sahədə özbaşınalıq edə bilməsinlər və məsuliyyət qarşısında olduqlarını nəzərdən qaçırmasınlar.

Mustafa Rəşid paşanın dövründə polis hakimiyyətinin də forması dəyişdirilirdi. Belə ki, polis ölüm hökmü vermək hüququndan məhrum edilirdi. Polis bu sahədə təcili, yaxud operativ fəaliyyətdən məhrum edilirdi. Bu onunla izah edilirdi ki, polis istədiyi vəziyyətlərdə məhkəmənin qərarı olmadan hər hansı bir vətəndaşa dair həbs qəti imkan tədbirləri həyata keçirə və ölüm hökmü çıxara bilməzdi. Qeyd etməliyik ki, Osmanlı imperiyasında XIX əsrin birinci yarısında tətbiq olunan bu demokratik prinsiplər bir sıra Avropa dövlətlərində XX əsrin ortalarında tətbiq olunmağa başlandı. Bu da hələ formalaşdırılması nəzərdə tutulan Avropa Birliyinə doğru atılan addımların tələbləri çərçivəsində, yeni yaradılacaq beynəlxalq hüquqi subyektin özündən əvvəlki dünya dövlətlərinin idarəetmə sistemindəki mütərəqqi cəhət və fikirlərə istinad etməsindən irləi gəlirdi. Bu mənada həmin dövr Osmanlı imperiyasında həyata keçirilən həmin islahatların İstanbul üçün çox böyük tarixi əhəmiyyəti var idi, ölkənin inkişaf etdirilməsində yeni mərhələ və səhifənin açılmasını səciyyələndirməklə bərabər onun üçün əsaslı zəmin yaradırdı.

Mustafa Rəşid paşanın həyata keçirdiyi bu islahatların reallaşması isə Osmanlı dövlətinin hər hansı Avropa dövlətindən irəli çıxmasına əlverişli imkan yaratmış olurdu. Bu isə Avropa dövlətlərinin maraqları ilə toqquşmaya bilməzdi. Ona görə də Avropa dövlətləri Osmanlı dövlətindən tələb etdikləri yeniliklərin həyata keçirilməsində də maraqlı deyildilər. Bu səbəbdən də islahatların reallaşmasına hər vasitə ilə mane olurdular. Bu istiqa-mətdə isə süni surətdə yaradılan bir nömrəli məsələ milli-etnik münaqişələr idi.

Reskript rüşvəxorluq və vəzifə satışını da qəti qadağan edir və belə bir halın baş verəcəyi təqdirdə ağır cəza tətbiqini müəyyən edirdi. Xətti-şərif yeni qaydaya qarşı çıxan hər bir kəsin cəzalandırılacağı xəbərdarlığı ilə bitirdi. Bu Rəşid paşanın hüquq, inzibati quruluş, maarif, maliyyə, hərbi işlər və s. sahədə həyata keçirmək istədiyi islahatların bir hissəsini təşkil edirdi. Xətti-şərifin elan edilməsindən sonra bir sıra tədbirlərin həyata keçirilməsi istiqamətində addımlar atıldısa da, tənzimat, dərin sosial-iqtisadi böhran keçirən, daxili və xarici problemlərin həlli ilə üz-üzə qalan imperiyanı tənəzzül və süqutdan xilas edə bilməzdi. Ən əvvəl ona görə ki, islahatların həyata keçirilməsi üçün kifayət qədər güclü şəkildə formalaşmış sosial təbəqə yox idi. İslahatların həyata keçirilməsini yuxarılar dərk etsə də, ona dayaq olacaq və onun həyata keçirilməsində maraqlı olan orta təbəqənin olmaması faktiki olaraq bu proqressiv addımın reallığını sual altına alırdı. İslahatların vacibliyini dərk edən digər qüvvə olan türk mülkədarları isə, əslində, feodal sinfinin bir təbəqəsi idi və bu sinfin maraqları çərçivəsində fəaliyyət göstərməyi, onun maraqlarından çıxış etməyi üstün tuturdu. Türk tacirləri isə hələ müstəqil siyasi qüvvəyə çevrilməmişdi. İslahatların əsas hissəsinin kağızda qalması isə onun əhəmiyyətini tamamilə azaldırdı. Bununla böyük bir imperiyanı dirçəltmək mümkün deyildi. Nəhayət, islahatlar türk dünyəvi və dini feodalları üçün təhlükəli göründüyündən onlar əsasən öz şəxsi maraqlarından çıxış edir və yerlərdə onun davamlı, mütəmadi fasiləsiz olaraq həyata keçirilməsinə səy göstərmirdilər. Bu mənada onların açıq və gizli mübarizələri, nəticə etibarilə Rəşid paşanın islahatlarını heçə endirmiş oldu. Bu isə Osmanlı imperiyasına xarici dövlətlərin bu ərazidə möhkəmlənməsinə mane olmağa, onlara güclü müqavimət göstərməyə imkan vermədi.