Bəzmialəm Sultan (1807, Qafqaz – 2 may 1853, Dolmabağça sarayı, İstanbul ili) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımı və Sultan Əbdülməcidin anası, Validə sultan.
Bəzmialəm Sultan | |
---|---|
türk. Devletlu İsmetlu Bezmiâlem Valide Sultan Aliyyetü'ş-Şân Hazretleri osman. بزم عالم سلطان | |
| |
1 iyul 1839 – 3 may 1853 | |
Əvvəlki | Nəqşidil Sultan |
Sonrakı | Pərtəvniyal Sultan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1807 |
Doğum yeri | |
Vəfat tarixi | 2 may 1853 |
Vəfat yeri | |
Dəfn yeri | Sultan Mahmud türbəsi, İstanbul |
Fəaliyyəti | Validə Sultan |
Həyat yoldaşı | |
Uşağı | Sultan Əbdülməcid |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı haqqında çox az məlumat var. Doğum tarixi təxminən 1807-ci il olaraq qəbul edilir. Əslən gürcü olub, kiçik yaşlarında saraya alındığı və Sultan Mahmudun bacısı Əsma Sultanın himayəsində təlim-tərbiyə edildiyi məlumdur.[1] Təlimini tamamladıqdan sonra adı “Dünya məclisi” mənasını verən Bəzmialəm olaraq dəyişdirildi və Sultan Mahmuda təqdim edildi.[2] Ardından yeganə övladı olan Şahzadə Əbdülməcidi 25 aprel 1823-cü ildə dünyaya gətirməklə Sultan Mahmudun ikinci qadınəfəndiliyinə yüksəldi. Səhhəti ağırlaşdığı üçün təmiz hava alması məqsədilə Çamlıcadakı köşkə daşınan Sultan Mahmud 26 iyun 1839-cu ildə yanında olan oğlu Şahzadə Əbdülməcid, xanımı Bəzmialəm Sultan, kürəkəni Xəlil Paşa və məclis üzvü Hüsrəv Paşa ilə vədalaşdıqdan və oğluna reformasiyalarla bağlı məsləhətlər verdikdən sonra komaya girdi. 2 gün sonra – 28 iyun 1839-cu ildə burada vəfat etdi. Şəhərdə baş verə biləcək hər hansı bir ayaqlanmaya qarşı padşahın ölümü 2 gün boyunca gizli tutuldu. 1 iyulda cənazəsi Topqapı sarayına gətirildi və günorta saatlarında cənazə mərasimi keçirildi. Hələ 16 yaşında olan oğlu Sultan Əbdülməcid taxta çıxmış, beləcə Bəzmialəm Sultan “Məhdi Ülya” ünvanıyla validə sultan oldu.
Taxta çıxdığı əsnada Sultan Əbdülməcidin yaşının az olması və dövlət təcrübəsinin olmaması, ilk illərdə Bəzmialəm Sultanın dövlət məsələlərinə qarışmasına və dövləti şəxsən idarə etməsinə səbəb oldu.[3] Belə ki, oğlunun ölkə daxilindəki səyahətləri əsnasında saray və dövlət işləriylə məşğul olmuşdur. Sultan Əbdülməcid 1842-ci ildə anası Bəzmialəm Sultan üçün Dilquşə qəsri adlı yeni bir qəsr inşa etdirmişdir. Hal-hazırda bu qəsr Validə sultan köşkü olaraq tanınır. 1838-ci ildə qurulan Maliyyə nazirliyi dövlətin bütün gəlir və xərclərini nizamlamaq məqsədilə validə sultanların da gəlirlərini sabitlədi. Belə ki, Sultan Əbdülməcidin anası Bəzmialəm Sultanın maaşı 1839-cu ildə 2500, 1840-cı ildə 3500 lirəyə yüksəldildi. Validə Bəzmialəm Sultan vərəm xəstəliyinə tutuldu[4] və 3 may 1853-cü ildə Çırağan sarayında vəfat etdi və həmin gün Sultan Mahmud türbəsinə dəfn edildi.[5]
Bəzmialəm Sultan ağıllı, tədbirli, şəfqətli və alicənab bir qadın olmuş, oğlunu və digər saray əhlini göstərişdən uzaq tutmağa çalışmışdır. Dövlət idarəsində qazandığı nüfuza baxmayaraq rüşvət və iltimasdan uzaq durmuşdur. Ancaq vəfatından sonra da oğlu üzərindəki nüfuzu azalmadı. Belə ki, ölümündən illər sonra sədrəzəm Mehmed Əmin Paşa davam edən maliyyə böhranının səbəbi olaraq mərhum validə sultanın israf və rüşvətə meyilliliyini göstərmiş, bu səbəblə sədrəzəm dərhal vəzifədən alınmışdır.[6]
Oğlunun səltənəti əsnasında dövlətin ona təyin etdiyi maaşı və digər gəlirlərini yoxsulları doyurmağa və ölkəni abadlaşdırmağa sərf etmişdir. Üstəlik borc səbəbilə həbsə düşənlərin borcunu ödəyərək onları azadlığa buraxmış, kimsəsiz və yetim qızları evləndirmişdir. Himayəsində olan Navəkmisal xanımı və Nükət-səza xanımı oğlu Sultan Əbdülməcidlə evləndirmişdir.
Validə Bəzmialəm Sultan ölkənin müxtəlif yerlərində bir çox əsər və vəqflər qurmuş, bunların davamlılığı üçün gəlir gətirən bir çox mülk və əmlaklarını dab u vəqflərə təsis etmişdir. Gördüyü xeyriyyə işlərindən önəmli olanları aşağıdakılardır: