İstanbul sammiti — 18–19 noyabr 1999-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilmiş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) VI sammiti. Sammitin yekunu olaraq İstanbul Sammiti Bəyannaməsi qəbul edilmiş və Avropa Təhlükəsizlik Xartiyası imzalanmışdır.[1] Həmçinin, İstanbulda ATƏT-in 30 iştirakçı dövləti Soyuq müharibədən sonrakı hadisələri əks etdirmək üçün, 1990-cı ildə qəbul olunan Avropada adi silahlı qüvvələr haqqında Müqaviləyə düzəlişlər edən Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılması haqqında Saziş imzalanmışdır. NATO-nun Kosovo münaqişəsinə müdaxiləsi və İkinci Çeçenistan müharibəsinin başlaması ilə bağlı Rusiya ilə Qərb arasında şifahi toqquşma olmuşdur. Dnestryanı münaqişəsi, Abxaziya–Gürcüstan münaqişəsi və Gürcüstan–Osetiya münaqişəsi də müzakirə edilmişdir. Sammitdə Rusiya 21 dekabr 2002-ci ilə qədər Moldova və Gürcüstandan hərbi qüvvələrini çıxaracağını vəd etsə də, bu baş tutmamışdır.[2]
Bu məqalə qaralama halındadır. |