Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) — dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı.[1]

Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatı
ATƏT
OSCE
Organization for Security and Co-operation in Europe
Loqonun şəkli
Növü Regional təşkilat
Yaranma tarixi 4 aprel 1975
Rəsmi dili
Mərkəzi Avstriya Avstriya, Vyana
Sədr Avstriya Sebastian Kurc
Üzvləri 57 üzv, 11 tərəfdaş dövlət
OSCE.Org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞKanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır.[2]

ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir.[3]

ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib.[4] Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər[5].

Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. Həmin il martın 24-də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdır.[6]

İştirakçı olan dövlətlər

[redaktə | mənbəni redaktə et]

ATƏT-in iştirakçıları

[redaktə | mənbəni redaktə et]
Dövlət Dövlət
Avstriya Avstriya Malta Malta
Albaniya Albaniya Monako Monako
Andorra Andorra Monqolustan Monqolustan
Azərbaycan Azərbaycan Niderland Niderland
Ermənistan Ermənistan Belarus Belarus
Belçika Belçika Polşa Polşa
Bolqarıstan Bolqarıstan Portuqaliya Portuqaliya
Bosniya və Herseqovina Bosniya və Herseqovina Rusiya Rusiya
Vatikan Vatikan Rumıniya Rumıniya
Böyük Britaniya Birləşmiş Krallıq San-Marino San-Marino
Macarıstan Macarıstan Serbiya Serbiya
Almaniya Almaniya Slovakiya Slovakiya
Yunanıstan Yunanıstan Sloveniya Sloveniya
Gürcüstan Gürcüstan ABŞ ABŞ
Danimarka Danimarka Tacikistan Tacikistan
İrlandiya İrlandiya Türkmənistan Türkmənistan
İslandiya İslandiya Türkiyə Türkiyə
İspaniya İspaniya Özbəkistan Özbəkistan
İtaliya İtaliya Ukrayna Ukrayna
Qazaxıstan Qazaxıstan Finlandiya Finlandiya
Kanada Kanada Fransa Fransa
Kipr Kipr Xorvatiya Xorvatiya
Qırğızıstan Qırğızıstan Monteneqro Monteneqro
Latviya Latviya Çexiya Çexiya
Litva Litva İsveçrə İsveçrə
Lixtenşteyn Lixtenşteyn İsveç İsveç
Lüksemburq Lüksemburq Estoniya Estoniya
Şimali Makedoniya Şimali Makedoniya Moldova Moldova
Norveç Norveç

Əməkdaşlıq üzrə tərəfdaşlar

[redaktə | mənbəni redaktə et]
Aralıq dənizi İl Asiya İl Okeaniya
Əlcəzair Əlcəzair Əfqanıstan Əfqanıstan 2003
Misir Misir 1995 2009
İsrail İsrail 2002 Cənubi Koreya Cənubi Koreya 2001
İordaniya İordaniya 00000 Tailand Tailand 2000
Mərakeş Mərakeş 1988 Yaponiya Yaponiya 1992
Tunis Tunis 777 Avstraliya Avstraliya
  1. "OSCE - Organization for Security and Co-operation in Europe 2022". Countryeconomy.com. 2017-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-25.
  2. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: (Çoxcildliyin I–IX cildlərinin köməkçi aparatı).- Bakı, 2008.- 339 səh.
  3. "United Nations". www.osce.org (ingilis). 2 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-20. On 26 May 1993, a Framework for Co-operation and Co-ordination between the United Nations Secretariat and the CSCE was agreed upon, and in October of the same year, the UN granted the CSCE observer status.
  4. Galbreath, David J. The Organization for Security and Co-operation in Europe (OSCE). Routledge global institutions (Volume 14). New York, NY: Routledge. 2007. ISBN 9780203960943. 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-25.
  5. "Ermənistan küncə sıxışdırılıb: "2+5" ssenarisindən necə qaçmalı?". 2010-11-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-24.
  6. "Mandate for the Co-Chairmen of the Minsk Process - OSCE". www.osce.org. 1 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]