İstanbuldakı yəhudi qəbiristanlıqları

Naqqaştəpə Yəhudi qəbiristanlığından görüntü

İstanbuldakı yəhudi qəbiristanlıqlarıİstanbulda sayı 20 minə çatan yəhudi icmasının istifadəsinə verilmiş dəfn yerləridir. 2010-cu ildən etibarən İstanbulda yəhudi icması üçün ayrılmış 8 dəfn yeri vardır. Bunlar:

  • Acıbadəm Yəhudi qəbiristanlığı
  • Arnavutköy Aşkenazi qəbiristanlığı
  • Arnavutköy Səfərad qəbiristanlığı
  • Hasköy Yəhudi qəbiristanlığı
  • Kilyos Yəhudi qəbiristanlığı
  • Naqqaştəpə Yəhudi qəbiristanlığı
  • Ortaköy Yəhudi qəbiristanlığı
  • Şişli İtaliya Yəhudi qəbiristanlıqlarıdır.[1]

Qəbiristanlıqlar

[redaktə | mənbəni redaktə et]

İstanbuldakı yəhudi qəbiristanlıqlarından Kuzquncuk, Hasköy və Ortaköy qəbiristanlıqları XVI-XVII əsrlərə aiddir.[1] Bəyoğlunda yerləşən Hasköy qəbiristanlığı İstanbulun ən böyük yəhudi qəbiristanlığıdır. Ulusda bir-birinə yaxın iki ayrı yəhudi qəbiristanlığı var. Böyük olan qəbiristanlıq Səfərad, kiçiyi isə Aşkenazi camaatına məxsusdur.

Şişli İtalyan Yəhudi qəbiristanlığı Şişli ilə Məcidiyəköy arasındakı qeyri-müsəlman qəbiristanlığında yerləşir. Qarışıq qəbiristanlıq olan Şişli qəbiristanlığında erməni və yunan icmaları ilə birlikdə İtalyan yəhudi icması üçün bir hissə də ayrılıb. Yəhudi bölməsi qəbiristanlığın qərbində yerləşir. Anadolu tərəfindəki Bağlarbaşı və Acıbadəmdə də yəhudi qəbiristanlıqları vardır.

Qəbiristanlıqların vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Qəbiristanlıqlar adətən sinaqoqun ətrafında salınırdı. Bu gün isə bu ənənə demək olar ki, qalmayıb. İstanbuldakı yəhudi qəbiristanlıqları zaman-zaman zəlzələlər, güclü yağışlar və baxımsızlıq nəticəsində dağıdılıb. Təhlükəyə açıq hala gələn qəbiristanlıqlar zaman-zaman hücumlara məruz qalıb.[2] Bəzi qəbiristanlıqların içi və kənarından salınan yollar keçdiyi üçün özgəninkiləşdirilib.[2] Urbanizasiya ərazilərini genişləndirmək üçün çox köhnə qəbiristanlıqlar köçürülüb və ya dağıdılıb.

1991-ci ildə cəmiyyətin qəbiristanlıq ərazilərinə artan ehtiyacını ödəmək və şəhərin şimal bölgələrində yaşayan yəhudilərə daha yaxın bir alternativ təklif etmək üçün Sarıyerin Kilyos bölgəsində yeni bir qəbiristanlıq sahəsi təyin edildi. Uzun müddət dəfn edilmədən qalan qəbiristanlıqlar 2010-cu ilin əvvəlində tənzimləmə və bölmə işləri başa çatdıqdan sonra istifadəyə verilib. Ortaköy, Hasköy, Bağlarbaşı, Ulus Səfərad, Ulus Aşkenazi və Kilyos qəbiristanlıqlarının idarə və baxımı Neve Şalom Sinaqoq vəqfinə aiddir.[3]

  1. 1 2 "Günümüzde Türkiye Yahudileri". 14 Eylül 2015 tarixində arxivləşdirilib. (WebCite® Arxivləşdirilib 2012-12-15 at the Wayback Machine)
  2. 1 2 "Türkiye Hahambaşılığı, Mezarlıklar". (#archive_missing_date) tarixində arxivləşdirilib. (WebCite® Arxivləşdirilib 2012-12-15 at the Wayback Machine)
  3. "Mezarlıklarımız". (#archive_missing_date) tarixində arxivləşdirilib. (WebCite® Arxivləşdirilib 2012-12-15 at the Wayback Machine)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]