İstifadəçi hesabı

İstifadəçi (ing. User) — Mühafizə olunan, yaxud çoxistifadəçi kompüter sistemində: istifadəçinin sistemə və onun resurslarına müraciət etmə vasitələri. Adətən, sistem inzibatçısı tərəfindən yaradılan istifadəçinin hesabı istifadəçi haqqında informasiyadan (məsələn, adından və istifadəçinin tanınması və sistemə "daxil olması" üçün, eləcə də sistemdən və onun resurslarından istifadə edə bilməsi məqsədilə müəyyən hüquqları ona vermək üçün tələb olunan şəxsi paroldan) ibarət olur.

İstifadəçinin təyin etdiyi verilənlər tipi (ing. User-defined data type) — Proqramda, adətən, verilmiş proqramlaşdırma dilində istifadə olunan verilənlər tiplərinin kombinasiyası kimi təyin olunan xüsusi verilənlər tipi.

İstifadəçiyə münasib (ing. User-friendly) — Öyrənilməsi asan, istifadəsi rahat (yüngül) olan sistem haqqında işlədilən termindir.

İstifadəçilər qrupu (ing. User group (UG)) — Eyni bir kompüter sisteminə, yaxud proqram təminatına maraqlarına görə birləşmiş insanlar qrupu. Bəzi üzvləri böyük və nüfuzlu qurumlar olan istifadəçi qrupları yeni başlayanları dəstəkləyir və üzvlərinin ideya, informasiya mübadiləsi etmələri üçün forumlar təşkil edirlər.

İstifadəçi qılavuzu (ing. User guide) — Hər hansı sistemdən istifadə edən insanlara yardım üçün nəzərdə tutulmuş sənəd. İstifadəçi qılavuzu sistemin texniki sənədlərinin tərkibinə daxil olur və, adətən, texniki yazar tərəfindən hazırlanır. Onların əksəriyyətində təsvir xarakterli mətnlə yanaşı görüntülər də olur. Proqram təminatının istifadəçi qılavuzuna, adətən, ekran görüntüləri (SCREENSHOT), avadanlıqlarla bağlı qılavuzlara isə sadə və anlaşıqlı rəsmlər, yaxud fotoqrafiyalar daxil edilir.

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]