"İstisu" — Azərbaycanda mineral su brendi.
1976-cı ildən etibarən Kəlbəcər rayonunda "İstisu" mineral suyunun istehsalına başlanılıb. 1993-cü ildə Ermənistan tərəfindən Kəlbəcərin işğalı ilə əlaqədar "İstisu" təbii mineral suyunun istehsalı dayanıb. Ermənistan silahlı qüvvələrinin işğalına qədər İstisu yaxınlığında mineral su dolduran zavod fəaliyyət göstərirdi.[mənbə göstərin]
Təməli 26 iyun 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulan "İstisu”"mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatıb. 2 sentyabr 2024-cü ildə İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “İstisu” mineral su zavodunun açılışını edib.[1]
Bu suyun hidrotermal, karbon qazlı, hidrokarbonatlı-xlorlu-sulfatlı-natriumludur. Kəlbəcər rayonu ərazisində çıxır. Slovakiyada çıxan Karlovı-Varı mineral suyuna yaxındır. Mədə-bağırsaq, maddələr mübadiləsinin pozuntuları, habelə hərəkət orqanları, sinir sistemi və ginekolojixəstəliklərə tutulanlar bu su ilə müalicə olunur, xroniki qəbzlik, qaraciyər, qastrit və s. xəstəliklərin müalicəsində işlədilir.[mənbə göstərin]