İsveç modeli

İsveç modeli və ya Skandinaviya modeliİsveç, Norveç, Finlandiya, İslandiyaDanimarka kimi Şimali Avropa ölkələrində tətbiq olunan oxşar əmək qüvvəsi, təhsil və sosial siyasətlərlə xarakterizə olunan sosial-iqtisadi model. Bu model siyasi anlayış olaraq, bu ölkələrdəki sosial dövlətin əsasını təşkil edir.[1][2]

İsveç cəmiyyət sistemi və siyasət irsi 1970-ci illərdə xüsusilə İsveç modeli termini ilə xarakterizə olunmuşdur. Buna baxmayaraq, İsveç modeli 1930-1970-ci illərdə inkişaf etmişdir. 1990-cı illərin əvvəllərində Skandinaviya ölkələrində ağır iqtisadi böhran səbəbindən əsaslı dəyişikliklər və islahatlar həyata keçirilmişdir. 1994-cü ildən təqribən 2000-ci ilə qədər sosial dövlətin əsasında həyata keçirilən islahatlar Danimarkanın o dövrdəki sosial demokrat Baş naziri Pol Nurup Rasmussen tərəfindən həyata keçirilmişdir. Rasmussen Danimarkanın əmək qüvvəsi və sosial siyasətini elastiklik və təhlükəsizlik adlanan yeni bir yönə doğru yönləndirdi. Beləliklə, işsizliyin və kasıblığın aradan qaldırılması təmin olundu. Yante qanunu (isv. Janteloven) olaraq adlandırılan bərabərlik tələbləri, İsveçi sərvətin bölüşdürülməsində Avropa dövlətləri içində ən çox fərqlənən dövlətə çevirmişdir.

Skandinaviya ölkələri digər ölkələrlə müqayisə olunduqda, daha əhatəli sosial xidmətlər, güclü təhsil siyasəti və yüksək səviyyədəki dövlətin tədqiqatlara göstərdiyi stimullaşdırıcı tədbir proqramlarını vergilərlə maliyyələşdirirlər. Bütün bunlar dövlət xərclərinin Ümumi Milli Məhsuldakı payını yüksəldir. Digər tərəfdən sosial dövlət olmağı təmin edir və xalqın sosial təhlükəsizliyini təmin edir. Skandinaviya ölkələri içində Norveç bu baxımdan istisnadır. Norveçin Şimal dənizindən hasil etdiyi neft səbəbindən, ÜMM-də dövlət xərclərinin payı nisbətən daha azdır.

Sosial siyasət

[redaktə | mənbəni redaktə et]
  • Razılıq siyasəti: İsveçdə siyasi qərarları qəbul etmə mexanizmi önəmli mövzularda mümkün qədər ortaq məxrəcə gəlməyi qarşısına məqsəd qoymuşdur. Şiddətli siyasi çəkişmələr yoxdur. Bunun yerinə siyasi müzakirələrdə diqqət və düzgün qərar verə bilmə əsasdır.
  • Güclü cəmiyyət: Taqe Erlanderin şüarı idi. Sosial ziddiyyətlər və problemlərin öhdəsindən gələn güclü dövlət sektorunu təmsil edirdi və bunun demokratiyanın inkişafına faydalı olması lazımdı. Hər şeyi əhatə edən cəmiyyət planlaması və islahat proqramları çox güclü şəkildə mərkəzə bağlılığı zəruri edirdi. Vergi səviyyəsi, ÜMM payı və dövlət məmurlarının digər bütün işləyənlərə olan nisbətində, İsveçin dövlət sektoru 1990-cı illərin əvvəllərində birinci yeri tuturdu.
  • Kollektiv əmək müqaviləsi ortaqlığı: Əmək qüvvəsi bazarında kollektiv əmək müqaviləsi ortaqlığı işəgötürən nümayəndələri və işçi nümayəndələrinin 1938-ci ildə Saltsyöbadendə qəbul etdiyi razılaşmaya əsaslanır. Bu razılaşma ilə uzlaşma qaydaları müəyyən olunmuş və dövlətin müdaxiləsi olmadan əmək qüvvəsi bazarındakı uyğunsuzluqların öhdəsindən necə gəlmək məsələləri öz həllini tapmışdır. Bu vəziyyət işçi və məmur xərcləri ilə birlikdə, iş yeri mövzularındakı önəmli görüşlərdə güclü vahid struktur formalaşdırmışdır.
  • 1930-cu illərdə Qunnar MyurdalAlva Myurdal tərəfindən ortaya atılan şəxsi həyat sahəsinə böyük müdaxiləni özündə əhatə edən sosial mühəndislik məsələsi ilə bağlı çox az müzakirə aparılmışdır. Buna baxmayaraq İsveçdə məcburi xədimləşdirmə siyasəti 1970-ci ilə qədər tətbiq olunmuşdur. 1990-cı illərdə bunun üçün simvolik təzminatlar ödənilmişdir. Çoxlu uşaq və gənclərə dövlətin məcburi baxması şiddətlə tənqid edilmişdir. Müharibədən sonra uşaq və gənclərin 5%-i uzun və ya qısa müddət ərzində gənclik psixatriya mərkəzlərində qalmışdır. 1983-cü ildə Der Spiqel jurnalında dərc olunan "Uşaq iş düşərgələri" başlıqlı yazıda, sosial dövlət olan İsveçdəki "hər şeyə hakim olan sosial quruluşlardan" bəhs olunmuşdur.[3]

1970-ci illərdən sonra sosial partnyorlar arasındakı ziddiyyətlər daha da artmışdır. Ortaq şəkildə həyata keçirilən sosial müqavilələr yerinə, sosial demokrat hökümətlər əhatəli qanunlarla əmək qüvvəsi bazarını tənzimləmişdir. Yüksək dövlət borclarını və İsveç üçün yüksək olan işsizliyin qarşısını almaq üçün fərqli düşüncələrin ortaya atılması qütbləşməyə səbəb olmuşdur. Böyüyən dövlət sektoruna əsaslanan güclü cəmiyyət getdikcə mühakimə olunmağa başlamışdır. Güclü cəmiyyət ucu-bucağı görünməyən və çətin nəzarət edilə bilən bir bürokratiyaya səbəb oldu ki, bu da iqtisadi və sosial problemlərin həllinin yerinə onlara əngəl hesab olunur. Bunlarla əlaqəli olaraq mərkəzçilik də mühakimə olunmağa başlamışdır. Hal hazırda mərkəzçilik öz yerini bələdiyyələrə doğru dəyişməkdədir.

  • Kooperatizm: Böyük mənfəət nümayəndələri və bunların içində xüsusilə sosial ortaqlar, siyasi qərar qəbul etmə mexanizminin hər mərhələsində iştirak etmək haqqında sahibdir. Beləliklə, bu qurumların dövlət işlərinə inteqrasiya olunması təmin olunur.
  • Sosial dövlət: İsveç sosial siyasətinin önəmli bir yönü də sosial xidmətlərin hamını əhatə etməsidir, yəni ehtiyac məsələsi soruşulmadan hər kəs üçün keçərlidir.

Əmək qüvvəsi siyasəti

[redaktə | mənbəni redaktə et]
  • Tam məşğulluq siyasəti: Aşağı inflyasiya və yüksək iqtisadi inkişafla kombinə olunan tam məşğulluq İsveç modelinin önəmli hədəfi idi. Bu hədəfə həmrəylikçi ödəniş siyasəti (gəlirlərdəki az fərqin olması) və aktiv əmək qüvvəsi siyasəti ilə çatılacaqdı. Ümumi olaraq, eyni işə bərabər ödəniş tələbi burada başlıca düşüncə idi. Bu siyasət firmaların aşağı ödəniş sahələrinə yönələcəyi bilinərək qəbul edilmişdi. Bu yolla artan əmək qüvvəsi, məsələn peşə təhsilindən sonra inkişaf edən sektorlara yönləndiriləcəkdi. Beləliklə, iqtisadiyyatın müasirləşdirilməsi və təsirli olması təmin ediləcəkdi. Bu da öz növbəsində cəmiyyətin rifah səviyyəsini yüksəldəcəkdi.
  • İsveç modelinin Yohan Norberq və Vallenberq kimi iqtisadçılar tərəfindən müdafiə olunan liberal tərəfləri daha çox kölgədə qalmışdır. Bu liberal cəhətlər 1960-cı illərə qədər İsveç modelini örnək halına çevirmişdi.
  • Qadınlara ödənişli iş haqqı: Bu haqq 1960-cı illərdə İsveç modelini tamamlamışdır. Cəmiyyət qadınların ödənişli işləyə bilməsini təmin etmək üçün uşaqlara baxmağı öhdəliyinə götürmüşdür və beləliklə qadınların sosial statusu da dəyişmişdir. Bu siyasət ailə və iş həyatını uzlaşdıraraq qadınların statusunun dəyişməsini təmin etsə də, kişilərlə bərabər ödəniş aldıqları və ya onlar qədər iqtisadi və siyasi fəaliyyətə sahib olduqları mənasında gəlmirdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Christiansen, Niels Finn et al. The Nordic Model of Welfare (2006)
  • Lakey, George. Viking Economics: How the Scandinavians Got It Right-and How We Can, Too. (2016) Melville House Publishing. ISBN 1612195369
  • Hilson, Mary. The Nordic model: Scandinavia since 1945 (2008)
  • Bucken-Knapp, Gregg. Defending the Swedish Model: Social democrats, trade unions, and labor migration policy reform (2009) Lexington BOOKS
  • Kvist, Jon, et al. Changing social equality: The Nordic welfare model in the 21st century (2011)
  • Nik Brandal, Øivind Bratberg, Dag Einar Thorsen. The Nordic Model of Social Democracy (2013) Pallgrave MacMillan. ISBN 1137013265
  • Kenworthy, Lane. Social Democratic America. (2014) Oxford University Press USA. ISBN 0199322511
  • Booth, Michael. The Almost Nearly Perfect People: The Truth About the Nordic Miracle (2014)
  • Partanen, Anu. The Nordic Theory of Everything – In Search of a Better Life (2016)
  • Thorvaldur Gylfason v.d.: The Swedish model under stress : a VİEW from the stands. Stockholm 1997, ISBN 91-7150-679-9
  • Zurück in die Zukunft. Schwedens Wohlfahrtsstaat war ein Vorbild, bis die Staatsausgaben außer Kontrolle gerieten, in: brand eins 7/2007, S. 130-137.
  • Jochem, Sven: Skandinavische Arbeits- und Sozialpolitik
  1. "The surprising ingredients of Swedish success – free markets and social cohesion" Arxivləşdirilib 2022-08-16 at the Wayback Machine (PDF). Institute of Economic Affairs. June 25, 2013
  2. James E. McWhinney (June 25, 2013). "The Nordic Model: Pros and Cons" Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Investopedia. Retrieved September 16, 2015. The Nordic model is a term coined to capture the unique combination of free market capitalism and social benefits that have given rise to a society that enjoys a host of top-quality services, including free education and free healthcare, as well as generous, guaranteed pension payments for retirees. These benefits are funded by taxpayers and administered by the government for the benefit of all citizens.
  3. "Der Spiegel 31/1983". 2014-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-05.