İt valsı

İt valsı sadə bir piano əsəridir,ifa etmək asan olduğundan pianoda ifa etməyə yeni başlayanlar tərəfindən tez-tez istifadə olunur.

Musiqisi[redaktə | mənbəni redaktə et]

Adına baxmayaraq əsər vals deyil.Parça G-flat major açarındə qeyd olunur, çünki notların əksəriyyəti bu düymələrdəki qara düymələrdə çalınır və daha da asanlaşır.

Notlar[redaktə | mənbəni redaktə et]

Haqqında[redaktə | mənbəni redaktə et]

Parça bütün dünyada tanınır.Buna baxmayaraq əsər müxtəlif ölkələrdə müxtəlif adlar almışdır. Məsələn Yaponiyada "Neko Funjatta" (ねこふんじゃった) (Pişiyin üzərinə basdım),İspaniyada "La Chocolatera",Hollandiyada "Vlooienmars" (milçək marşı),Belçikada "Valse de Puce" (Milçək valsı),Rusiyada Собачий Вальс(İt valsı),Polşada "Kotlety"(kotlet),Almaniyada "Flohwalzer" (Milçək marşı), Bolqarıstanda "Koteshki Marsh" (Pişik marşı),Macarıstanda "Szamárinduló" (Uzunqulaq marşı),Malyorkada "Polca de los Tontos" (Axmaqların polkası),Meksikada "Los Changuitos"(Balaca meymunlar),Finlandiyada "Kissanpolkka" (Pişik polkası),Çexiyada "Prasečí valčík" (Donuz valsı),Slovakiyada "Somársky pochod"(Uzunqulaq marşı),Koreyada "Somársky pochod"(Pişik rəqsi),Çində "跳蚤圆舞曲" (Milçək valsı) və Böyük Britaniyada isə Chopsticks (yemək çubuqları) adlarır.[1]

Aranjimanlar[redaktə | mənbəni redaktə et]

Əsər üzərindəki dəyişikliklərdən biri "Lesson One",1962-ci ildə pianoçu Rass Konuey tərəfindən edilmiş və hit olmuşdur.[2].Danimarkalı pianist Bent Fabrik 1963-cü ildə əsərin cazdan təsirlənmiş versiyası olan "Chicken Feed"-i yazmışdır.[3]

Maraqlı faktlar[redaktə | mənbəni redaktə et]

Əsərin bəstəkarı bilinmir.Erik Baumun musiqi parodiyası əsərində musiqinin bəstəkarının Fendinand Loh olduğu barədə zarafat var.(Floh=almanca milçək) [4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""What is 'Chopsticks' – and why does it have so many variations?"". ClassicFM.com. 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-22.
  2. Russ Conway and orchestraYouTube
  3. "Chicken Feed"YouTube
  4. Baumann, Eric. Der Komponist Ferdinand Loh und sein opus magnum: Der Flohwalzer. Zürich: Atlantis Musikbuch-Verlag. 1996. ISBN 3-254-00205-9. 62 pages.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]