İtaliklər(lat. Italici) — Appenin yarımadasında yaşayan qədim xalq.
Latsio regionunda latın mənşəli qədim xalqların qəbilə icmalarında da mövcud idi. Burda xeyli qəbilə yaşayırdı ki, indiki italiyanların soy-kökündə iştirak ediblər. Bilinir ki, Qədim Roma latınlardan başqa etrusklar və digər italiklər də daxil olmaqla çoxmillətli ölkə idi.
Latın vətəndaşlığı — ilkin olaraq Roma tərəfindən istila olunmuş İtaliya sakinlərinə — italiklərə şamil edilirdi sonralar e.ə. 49-cu ildə italiklər Roma vətəndaşlığı qazanmış olurlar.
Dəmir əsrinin əvvəllərində İtaliya xalqları: |
Qədim Romada padşahlıq dövründə artıq yazı var idi. Görünür, romalılar yazını yunanlardan götürmüşlər. Qədim Roma dininə politeizm xas idi.Yunanlar kimi romalılar da hır şeydə ilahi qüvvənin və ruhun olduğunu zənn edirdilər. Romalıların dini təsəvvürlərinə görə, guya uşaqlıq dövrünün 43 allahı var idi. (məsələn, uşağın ilk qışqırığının allahı, beşik allahı, ilk addımının allahı və s.) Guya uşağın hər bir hərəkəti müxtəlif allahlar tərəfindən idarə olunurmuş. Qədim romalılar ilk mərhələdə allahları antropomorf şəklində təsəvvür edirdilər. Allahların insan formasında təsəvvür edilməsi şübhəsiz ki, sonralar etrusk və yunanlardan Romaya keçmişdi. Onların dinində ibtidai totemizm qalıqları da uzun müddət davam etmişdir. Romanın əsasını qoyan Romulun canavar tərəfindən yedizdirilməsi haqda əfsanə buna misal ola bilər.
Romada ailə, ocaq və nəsillərin himayəçisi olan allahlara sitayiş ayini geniş yayılmışdı. Hər ailə, nəsil özünün müqəddəs ibadətgahına malik idi. Uşaq doğularkən ailənin başçısı onu müqəddəs sayılan ocaq qarşısında övladlığa qəbul edirdi. Romada animizm geniş yayılmışdı. Onlar müxtəlif ruhlara inanırdılar. Romalıların təsəvvürlərinə görə.ölmüş əcdadların ruhları (penatlar və larlar) varmış. Bundan başqa, qapı ruhu ("yanus "), əkin ruhu ("saturn "), yemək ruhu ("yeduka"), içmək ruhu ("potina ") , yuxu ruhu ("kuba") və s. romalıların dini təsəvvüründə müəyyən yer tuturdu. Ailədə hər kəsin müqəddəs himayəçisi ("kenisi ") var idi. Axirət dünyasına təsəvvür zəif olmuşdu, lakin onlar ölən adamın ruhunun qəbirdə yaşadığına inanır və ruhu yedizdirmək üçün qəbrə yemək qoyurdular. Bu ruh müqəddəs sayılırdl. Dini inam qaydalarına ciddi riayət olunurdu. Bu da onlarda kahinlərin geniş fəaliyyətinə və böyük nüfuz qazanmalarına səbəb olmuşdur.
Dini işlərə və ayinlərin icrasına pontifiklər nəzarət edirdilər. Avqurlar və haruspiklər- falçı və yozucu kahinlər idi. Onlar quşların uçuşu və ya heyvanın içalatına əsasən gələcəyi yozurdular. Kahinlər xüsusi qardaşlıq kollegiyalarına (məsələn, yer ilahəsinə xidmət edən kahinlər "arval (əkinçi) qardaşları kollegiyası ", qədim Mars allahı kahinləri "Sali qardaşları kollegiyası " və s. daxil idilər.
Ən qədim Roma allahlarından biri "Yanus " sayılırdı. O hər şeyin başlanğıcı və qapıların himayəçisi idi. Onu bir-birinə əks tərəfə baxan ikiüzlü kimi təsvir edirdilər. Onunla "Dünyanın əvvəli " başlayırdı.
Yupiter, Mars və Kvirindən ibarət üç allaha sitayiş ən qədim dövrlərdə ya-ranmışdı. Yupiter bütün italiklər arasında göy allahı sayılırdı. Sonralar etruskların dini təsiri altında Yupiter baş allah oldu. Kvirinin ikinci oxşarı Mars hesab olunurdu. Bu üç allaha məxsus məbəd hələ padşahlıq zamanı Kapitoli təpəsində tikilmişdi.
Diana qadınların himayəçisi sayılırdı. Dianaya həsr olunmuş Aventin təpəsindəki məbəd hələ Servi Tulli zamanında tikilmişdi.
Venera ilahəsi bağ və bostanları himayə edirdi. O, məhsul və bitki allahı hesab olunurdu.
Romalılar etrusklardan Yupiter, Mars və Kvirin üçlüyündən əlavə digər dini ayinlər də qəbul etmişdilər. Etrusk allahları ayrı-ayrı şəhərlərin himayəçisi hesab olunurdular.
Romalılar isə onları umumi allaha çevirmişdilər. Məsələn, romalılar Saturnu (latınca "səpinçi" deməkdir) əkinçilərin himayəçisi hesab edirdi ki, Roma dininə görə, guya ilk dəfə o, insanlara yemək vermiş və dünyanın ilk sahibi olmuşdur. Onun şərəfinə həsr olunmuş bayramlarda hamı ictimai vəziyyətindən asılı olmayaraq iştirak edirdi.
Etrusk allahı Vulkan romalılar tərəfindən od allahı kimi qəbul edilmişdi.
Romalılar Demetre (məhsuldarlıq) allahına məxsus ayinləri yunanlardan öyrənmişlər.
Yunanların üzümçülük və şərab allahı Dionisi Romada Liber adllanır.
Səfər və yol allahı Hermes isə Merkuri adlanmışdı. Allahların şərəfinə bayramlar, hərbi rəsmi yarışlar keçirilirdi. Allahlara sitayiş ayinləri, məbədlərə qurban və nəzirlər gətirmək, dua oxumaq və xqsusi dini ayinlər icra etməkdən ibarət olurdu. Adətə görə, nəzir verərkən "mənim sənə gətirdiyim bu heyvanı" və ya "bu şərabı qəbul et!" demək lazım idi. Əks halda allah nəzir verənin bütün heyvanlarını və ya şərabını qəbul edə bilərdi.
Romalılar dini ayinlərə tabe olmağı və onları sadəcə icra etməyi üstün sayırdılar. Roma dininə xas olan cəhətlərdən biri də vaxtın "xoş" və "bəd" günlərə bölünməsidir. Bəd günlərdə yığıncaq, ictimai əməliyyatlar keçirmək olmazdı, rəsmi iş və bayram üçün "xoş"günlər ayrılırdı.
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |