Hermes

Hermes (q.yun. Ἑρμῆς, Ἑρμέας, Ἑρμείας[1], miken dilində e-ma-a2[2]) — qədim yunan mifologiyasında ticarət, gəlir, praqmatizm, cəldlik ilahı, ticarətdə gəlir və var-dövlət bəxş edir, atletlərin ilahıdır[3]. Adının ən qədim versiyası Mikena mənşəlidir[4]. Əksər alimlər Hermes adını "daş/yolqırağı məbəd/mərz" mənası verən "herma" sözündən törədiyini qeyd edirlər[5], lakin onun adı "tərcüməçi" mənası verən "hermeneus" sözü ilə də bağlı ola bilər[6][7].

Hermes
q.yun. Ἑρμῆς
Hermes sandallarını bərkidərkən Fransua Rude (Luvr Muzeyi)
Hermes sandallarını bərkidərkən Fransua Rude (Luvr Muzeyi)
Mifologiya Qədim Yunanıstan dini, qədim yunan mifologiyası
Təsir sahəsi oğru[d], ticarət, səyyah[d]
Yunanca adı Ἑρμῆς
Cinsi kişi[d]
Atası Zevs
Anası Maya
Uşaqları Pan, Hermafroditus, Tixe, Abderus, Autolikus
Digər mədəniyyətlərdə Merkuri, Tot
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hermes səfirlərin, çobanların, carçıların və yolda olanların himayəçisidir. Magiya, əlkimya və astrologiyanı himayə edir. İlahların elçisi və ölənlərin ruhunun Aidin dünyasına aparan bələdçidir (buna görə də, onu həm də Psixopomp, yəni "ruhların bələdçisi" adlandırırdılar). Cəldlikdə, hiyləgərlikdə və oğurluqda tayı-bərabəri yoxdur.

HomerHesiod onu "uğur gətirən", "cangüdən" və "əla hiylə quran" adlandırırlar[8].

Ölçü vahidlərini, rəqəmləri, əlifbanı ixtira etmiş və insanlara öyrətmişdir. Qədim Romada Merkuri adı altında məlum idi.

Hermesin mənşəyi və uşaqlığı

[redaktə | mənbəni redaktə et]

Zevslə pleyada Mayyanın oğlu olan[9] (başqa versiyaya görə, Persefonanın oğlu[10]) Hermes ayın dördüncü günü[11] Killena (Arkadiya) dağının mağarasında[12], başqa versiyaya görə isə Kerikion (Beotiya) dağında[13] anadan olmuşdur.

Dağ nimfaları təzə doğulmuş Hermesi Arkadiyadakı Trikren bulaqlarında çimdirirdilər[14]. Kölgəsi altında tərbiyə edildiyi yabanı çiyələk ağacının qalıqları Tanaqrda saxlanırdı[15].

İlk oğurluğunu hələ bələkdə olarkən etmişdi. Öz beşiyini tərk edərək o Pieriyaya getmiş və Apollonun otardığı əlli inəyi qaçırmışdı[16]. İnəkləri izlərinə görə tapmasınlar deyə onların ayağına budaqlar bağlamış və Pilosa qaçırmışdı. Xelidoreya (Arkadiya) dağında[17],[18] o böyük tısbağanın qınından və öldürülmüş iki inəyin bağırsaqlarından o yeddisimli lira hazırlamışdı[19].

İnəklərini axtaran Apollon Pilosa gəlmiş və yerli sakinlərdən öyrənmişdi ki, inəkləri bir oğlan qaçırıb və heç kim onun izinə düşə bilmir. Bunun kimin əməli olduğunu başa düşən Apollon Mayyanın yanına gəlmiş və Hermesi oğurluqda ittiham etmişdi. Mayya bələkdə olan Hermesin yerində olduğunu göstərmişdi və Apollon onu Zevsin yanına aparmışdı. Atasının sorğu-sualından sonra Hermes inəklərin yerini göstərmiş, özü isə yaxınlıqda əyləşib lirada ifa etməyə başlamışdı. Apollonun lira xoşuna gəlmiş və o inəkləri liraya dəyişməyi təklif etmişdi. Hermes tütək çala-çala inəkləri otarmağa başlamış və Apollon tütəyi də istəyəndə, Hermes tütəyi Apollonun əsasına dəyişmişdi.

Hələ körpə ikən Hermes zarafat xətrinə Zevsin padşahlıq əsasını, Poseydonun üçbaşlı əsasını, Hefestin maşasını, Afroditanın kəmərini, Apollonun qızıl oxlarını və yayını, Aresin qılıncını oğurlamışdı[20].

Hermes haqqında miflər

[redaktə | mənbəni redaktə et]
"Hermes körpə Dionislə". Qədim yunan heykəli. Heykəltəraş Praksitelin adına çıxılır

Hermes yazını Misirdə ixtira etmişdi[21]. O durnaların uçuşunu seyr edərək ilk yeddi hərfi kəşf etmişdi[22]. Hermes həm də səmada bürclərin yerini müəyyən etmiş və delta hərfini (Deltayabənzər bürc) səmada yerləşdirmişdi[23].

İlk öncə, Hermes fallosvarı ilah idi[24], lakin Roma işğalları dövründə yunanlar artıq Hermeslə fallik kult arasında əlaqəni unutmuşdular və onu üzərinə büstünün qoyulduğu sütun şəklində hazırlayırdılar.

Hermes tez-tez Zevsin tapşırıqlarını icra edirdi. Məsələn, onun tapşırığl ilə Hermes Zevsin sevgilisi, inəyə çevrilmiş İonu Heradan oğurlamışdı.

Hermes Heraklı Omfal çariçasına qul kimi satmışdı.

"Səndəlini bağlayan". Qədim yunan heykəlinin qədim Roma surəti. Hermes və ya Tesey və ya Yasonun təsvir edildiyi güman edilir

Çöxgözlü nəhəng Arqusu Hermes öldürmüşdü.

Öz oğlu Efalidi ölümsüz etmək üçün Hermes ona sonsuz yaddaş vermişdi. Rodoslu Apolloni yazır ki, hətta ölülər dünyasında axan Axeront çayını keçərkən unutqanlıq onun ruhunu udmadı və o gah bu dünyada, gah o dünyada yaşasa da, gördükləri haqqında xatirələri heç vaxt unutmur.

Hermafrodit Hermeslə Afroditanın oğludur.

Hermesi həm bu, həm də o dünyaya gedib gəldiyi üçün Trismegist ("üç dəfə böyük olan") ləqəbini qazanmışdır[25], lakin bəzi məlumatlara görə Hermes və Hermes Trismegist ayrı-ayrı personajlardır.

Hermesin 40-a yaxın övladı var idi.

Hermes Odisseyin ulu babasıdır. Troya müharibəsində Hermes yunanların ilahi müttəfiqi olsa da, Priam oğlu Hektorun cəsədini almaq üçün yunanların qərargahına gedib gələndə onu müşayiət edərək qoruyurdu[8].

Homerin III və XVIII himnləri Hermesə həsr edilmişdir. Hermes Aristofanın "Sülh" və "Plutos" komediyalarının, Esxilin "Evmenidlər" faciəsinin personajıdır.

  1. Frisk H. Griechisches etymologisches Wörterbuch, Heidelberg. Carl Winter’s Universitätsbuchhandlung. 1960. p 564
  2. Предметно-понятийный словарь греческого языка. Микенский период. Л., 1986. С.142
  3. Мифы народов мира. М., 1991–92. В 2 т. Т.1. С.292–294, Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.2. С.118–119; Псевдо-Аполлодор. Мифологическая библиотека I 6, 2–3 далее
  4. Joann Gulizio UDQ 292.11 Arxivləşdirilib 2013-10-05 at the Wayback Machine University of texas Retrieved 2011–11–26
  5. Arxivlənmiş surət, 2021-12-29 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-04-22.
  6. Silver, Morris. Taking Ancient Mythology Economically. Leiden: Brill. 1992. 159–160. ISBN 90-04-09706-6.
  7. Davies, Anna Morpurgo & Duhoux, Yves. Linear B: a 1984 survey. Peeters Publishers, 1985. p. 136
  8. 1 2 Homer. The Iliad. The Project Gutenberg Etext. Trad. Samuel Butler
  9. Гесиод. Теогония 938–939
  10. Гесиод, подложный фр.395 М.-У.
  11. Гимны Гомера III 19
  12. Гесиод. Перечень женщин, фр.170 М.-У.; Гимны Гомера III 3
  13. Павсаний. Описание Эллады IX 20, 3
  14. Павсаний. Описание Эллады VIII 16, 1
  15. Павсаний. Описание Эллады IX 22, 2
  16. Гимны Гомера III 73
  17. Павсаний. Описание Эллады VIII 17, 5
  18. Псевдо-Эратосфен. Катастеризмы 24
  19. Гимны Гомера III 496
  20. Лукиан. Разговоры богов 7, 1–3
  21. Плутарх. Застольные беседы IX 3, 2; Мнасей в схолиях к Дионисию Фракийскому // Фрагменты ранних греческих философов. Ч.1. — М., 1989. С.137
  22. Гигин. Мифы 277; Лукан Анней . Фарсалия V 716 (о журавлях)
  23. Псевдо-Эратосфен. Катастеризмы 20; Гигин. Астрономия II 19
  24. Геродот. История II 51
  25. Лактанций. Божественные установления I 6, 3