İtaliya bulqarları

İtaliya bulqarlarıAltsek xan ilə birlikdə VII əsrdə İtaliyada məskunlaşmış bulqarlara verilən ad. Altsek xan Kubrat xanın ən kiçik oğlu idi. 631-ci ildə qardaşı Batbayan xandan ayrılaraq Avar xaqanlığına sığınmışdı. Lakin burada çox qala bilməyərək üsyan etmiş və xaqanın qəzəbinə uğramışdır. Bundan sonra Bavariyaya gedən və I Daqobertdən sığınacaq tələb edən şahzadə xəyanətə uğradı və bu dəfə İtaliyaya köçməyə məcbur oldu. 9000 qəbilə üzvündən 800ü sağ qalmışdı. Lombard kralı I Qrimoald tərəfindən ona "qastald" titulu verilərək cənubi İtaliyadakı Sepino, Boyano, İserniya şəhərləri onun sərəncanıma verildi.[1]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bulqarlar İtalyanın indiki KampaniyaMolize bölgələrində məskunlaşmışdılar. 787-ci ildə "Lanqobard tarixi" əsərinin müəllifi Pavel yazırdı ki, "bulqarlar Latın dilini mükəmməl danışır, bununla belə onlar öz dillərini unutmamışlar".[2] Bulqarlar indi İtaliyada qəsəbə və şəhər statusuna sahib olan məskənlər də salmışlar. Məsələn:

  • Kantalupo del Sannio - İserniya bölgəsində yerləşən şəhər. Xan-Teleped söz birləşməsindən "Xanın məskəni" mənasına gəldiyi düşünülür.
  • Selle di Bulqeria - İtalyanın Salerno bölgəsində şəhər. Şəhərin adı birbaşa "Bulqar kəndi" deyə tərcümə olunur. Bulqarlar bu torpaqlara daha sonra gəlmişlər və Minqardo çayı ətrafında məskən salaraq bütün Kampaniya zonasına yayılmışlar.[1]
  • Bundan əlavə İtaliyada 700dən çox bulqarmənşəli toponimə rast gəlmək mümkündür.[3]
  • "Can" (Xan) və "Cara" (Qara) sözü tərkibi olan bir çox yer və insan adı bulqarmənşəli hesab olunur: Carasco (Genuyada yerləşir), Caramagna, Carasone və Caraglio (Kuneoda yerləşir), Caragna (Savonada yerləşir), Caranza (Liquriyada yerləşir), Carate (Milanda yerləşir), Caranero (Komoda yerləşir), Carata (Novarada yerləşir), Caravate (Varesedə yerləşir), Caravonica (İmperiada yerləşir).[4]

Bulqarlar İtaliyaya köçəndən sonra atla basdırılma ənənəsi davam etdirmişlər. Boyano yaxınlığındakı Viçenne-Kampoçiaro arxeolojik qazıntısında 130dan çox qəbir aşkarlanmış, bunların 13ündə atları ilə birlikdə basdırılan şəxslər aşkar olunmuşdur.[5]

  1. 1 2 D'Amico, Vincenzo. I Bulgari trasmigrati in Italia nei secoli VI e VII dell’era volgare e loro speciale diffusione nel Sannio. Campobasso, 1933.
  2. Diaconis, Paulus. Historia Langobardorum. 5-ci kitab, 29-cu fəsil.
  3. Колев, Йордан (2005). Българите извън България (Bolqarca). София: Тангра ТанНакРа. səhifə. 261–265, 425. ISBN 954-9942-73-2.
  4. Dimitar Taralejkov, "Beynəlxalq araşdırma: İtaliya-Bolqarıstan"
  5. Genito, Bruno (2001). "Sepolture Con Cavallo Da Vicenne (Cb):" (PDF). I° Congresso Nazionale di Archeologia Medievale. [1]