Kubrat xan (d. 605 - ö. 665) - Böyük Bolqar xanlığının qurucusu, hakimiyyət illəri (632-638) . Eyni zamanda Organanın qardaşı oğludur.[1]
Kubrat xan | |
---|---|
rus. Кубрат bolq. Кубрат | |
Doğum tarixi | 605 |
Vəfat tarixi | 665 |
Vəfat yeri | |
Uşaqları | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
VII əsrin ilk yarısında Kubrat xan Qaradənizin şimalında dağınıq yaşayan türk Kutrigur, Utrigur, Sabirlər vəOnogurlar kimi soyları və bundan başqa 7 slavyan qövmünü, Bizansın razılığı ilə qurduğu ilk böyük bolqar dövlətinin tərkibində birləşdirmişdir.
Beləliklə Bolqar adında yeni bir boy əmələ gəlmişdir. Ancaq qurulan dövlət uzun ömürlü olmadı. VII əsrin ikinci yarısında, Kubrat xanın 665-ci ildə ölümündən sonra digər bir Türk xalqı olan (Xəzərlər) bu dövləti məğlub etməyi bacarmışlar.
Kubratın böyük oğlu Batbayan (Bayan) Xəzərlərin hökmdarlığı altında yaşamağa razı olmuş və Xəzərlərə qatılmışlar. Xəzərlərin hakimiyyəti altında yaşamağa razı qalan bolqarlara Quru Bolqarlar deyilir.
Kubratın ikinci oğlu Kotrak xan İdil bulqarları xanlığını yaratdı.
Kubratın üçüncü oğlu Altsek xan Avar xanlığına sığınmışdı.