İtaliyada Futbol
Futbol (it. calcio [ˈkaltʃo]) İtaliyada ən populyar idman növüdür.[1] İtaliyan dilində futbol Kalço adlanır və çox zaman İtaliya futboluna Kalço kimi xitab edilir.
İtaliya milli futbol komandası dünyanın ən yaxşı milli komandalarından biri hesab olunur. Onlar dörd dəfə (1934, 1938, 1982, 2006) FIFA Dünya Kubokunun qalibi olublar, Bu göstəricidə onları yalnız Braziliya (5 kubok ilə) geridə qoyub. İtaliya Milli Futbol komandası dünya çempionatlarında iki dəfə ikinci (1970, 1994), bir dəfə üçüncü (1990) və bir dəfə dördüncü (1978) yeri tutublar.
Onlar həmçinin iki Avropa Çempionatının qalibi (1968 və 2020), iki dəfə isə finalçısı oolublar (2000, 2012).
İtaliya Milli komandasının Konfederasiyalar Kubokunda ən yaxşı nəticəsi, Kubokun 2013-cu ildəki yarışında üçüncü yeri tutmalarıdır.
Milli komanda bir dəfə Olimpiya futbol turnirinin qalibi (1936) və iki dəfə Mərkəzi Avropa Beynəlxalq Kubokunun qalibi olub (1927–30 və 1933–35).
İtaliyanın yüksək səviyyəli yerli liqası, A Seriyası, dünyanın ən məşhur peşəkar idman liqalarından biridir və tez-tez ən taktiki milli futbol liqası kimi təsvir olunur.[2]
İtaliyanın futbol klubları 48 dəfə Avropanın əsas klub kuboklarını qazanaraq, onları Avropa futbolunda ikinci ən uğurlu ölkəyə çevirdi.
Qədim dövrlərdə İtaliyada futbolun digər formaları oynanılırdı, onlardan ən erkəni Roma İmperiyası dövründə oynanılan Harpastum idi.[3] Bu oyun, imperiyanın genişlənməsi səbəbindən Avropadakı futbolun digər bütun erkən formalarına da təsir göstərə bildiyi ehtimal edilir. 16-cı əsrdən etibarən, müasir oyundan fərqlənən başqa bir futbol kodu olan Calcio Fiorentino Florensiyada, "Santa Croce" meydanında oynanılırdı. Bəzi məşhur Florensiyalılar bu oyunun oyunçuları arasında idi, xüsusən də Pyro, Lorenso və Alessandro de Medici də daxil olmaqla Medici ailəsi .[4] Eləcə də Vatikanda oyunu oynayan VII Klement, XI Leo və Urban VIII kimi Papalar.[4] Calcio ("təpik") adı daha sonra İtaliyada futbol üçün ad kimi qəbul edildi.
Oyunun müasir variasiyası 1880-ci illərdə İtaliyaya gətirildi. İngilis tekstil sənayesində tacir işləyən Edoardo Bosio İngiltərəyə səfər etmiş və oyunu görmüşdü. 1887-ci ildə o, Turinə qayıtdı və vətənində futbolun yayılmasına kömək etməyə başladı. Həmin il o, İtaliyada ilk futbol klubunu, "Torino Futbol və Kriket Klubunu" qurdu. Tezliklə ikinci klub olan Nobili Torino ("Turin Soyluları") quruldu.[5] İkinci klubun qurucuları , Abruzzi hersoqu Prins Luici Amedeo və Alfonso Ferrero di Ventimiglia (sonradan İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti olacaq[6]) olduğu üçün klub zadəgan adını daşıyırdı. Sonradan hər iki klub 1891-ci ildə birləşərək "Internazionale Football Club Torino" oldur.[7][8]