Bu məqaləni vikiləşdirmək lazımdır. |
İtaliya Futbol Federasiyası — İtaliyanın ali futbol qurumu
İtaliya Futbol Federasiyası | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Dünya futbol mədəniyyətinə əvəzsiz töhfələr vermiş İtaliyada bu ecazkar oyunla tanışlıq XIX əsrin 90-cı illərinə təsadüf edir. Bu ölkədə ilk futbol matçı Turində, ilk futbol klubu isə Genuyada təşkil edilib - hər iki tədbiri 1893-cü ildə ingilislər həyata keçiriblər. İtaliya Futbol Federasiyası (Federasione İtalyana Coko Kalçio) 1898-ci ildə təsis olunub, FİFA-ya isə 1905-ci ildə qəbul edilib. Elə həmin il İtaliyada futbol üzrə ilk ölkə çempionatı (qalib "Cenova", Genuya şəhəri) keçirilib. Peşəkar futbolçulardan ibarət komandalar arasında ölkə birinciliyi isə 1929-cu ildən (birinci qalib "İnter"dir, Milan şəhəri) keçirilir. İtaliya milli seçmə komandası ilk görüşü 15 may 1910-cu ildə öz meydanında Fransa futbolçuları ilə keçirib və inamlı qələbə qazanıb - 6:2. Debüt matçının keçirildiyi vaxtdan ötən 92 ildə italyanlar daha 461 beynəlxalq oyunda qüvvəsini sınayıb və onların yarısından çoxunda meydanı qalib kimi tərk ediblər. Görüşlərin yekunu belədir: +260=122-80. Komanda 1934, 1938 və 1982-ci illərdə dünya, 1968-ci ildə Avropa, 1936-cı ildə isə Olimpiya çempionu adını qazanıb.
Mütəxəssislər İtaliya futbolunu, əsasən, üç dövrə bölürlər. 1910-1940-cı illər yüksəliş dövrü kimi səciyyələndirilir. Komandanın bu dövr ərzində iki dəfə dünya və bir dəfə olimpiadanın qızıl medallarına yiyələnməsi bu cür düşünməyə əsas verir. Bununla belə, italyanların ev komandası olması da diqqətdən qaçırılmır. Bu mənfi tendensiya 40-50-ci illərdə özünü daha qabarıq şəkildə göstərməyə başlayır və İtaliya futbolçuları uzun müddət beynəlxalq arenada uğur əldə edə bilmirlər. Nəhayət, ötən əsrin 60-cı illərində geriliyə son qoyulur: yuxarıda qeyd olunduğu kimi, 1968-ci ildə qitə, 14 il sonra isə dünya çempionluğu bayram edilir. İtalyanlar EURO-2000-də ikinci dəfə Avropanın ən güclüsü ola bilərdilər, ancaq final görüşünün əlavə vaxtında buraxdıqları top həmin arzunun gerçəkləşməsinə imkan vermədi.