İtalyansayağı oğurluq (ing. The Italian Job) ― 2003-cü ildə çəkilmiş döyüş-macəra film.
İtalyansayağı oğurluq | |
---|---|
ing. The Italian Job | |
Janr | soyğun filmi, döyüş filmi, müəmma filmi |
Rejissor | |
Prodüserlər |
|
Baş rollarda | |
Bəstəkar |
|
İstehsalçılar | Paramount Pictures[5] |
Distribütor | Paramount Pictures, UIP-Dunafilm[d], Netflix |
İlk baxış tarixi | 13 noyabr 2003[6], 2003 |
Müddət | 111 dəq.[7] |
Büdcə | 60.000.000 Dollar[8] |
Gəlir | 176.070.171 $[8] |
Ölkələr | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Los-Anceles, Venesiya |
IMDb | ID0317740 |
Vikianbarda əlaqəli mediafayllar |
Filmin rejissoru F. Qari Qreydir. 1969-cu ildə Peter Collinsonun rejissoru olduğu və baş rolda Maykl Keynin çəkildiyi eyniadlı filmin remeyki olan filmdə Mark Uolberq, Şarliz Teron, Ceyson Statham və Edvard Norton baş rollarda çəkilib.
İtaliyanın Venesiya şəhərində aparıcı oğru ləqəbli Con Bridger (Donald Sazerlend) qızını axtarır. O, qızı Stellaya (Şarliz Teron) deyir ki, bu, onun son işidir. Con Bridger oğrudur və bu son oğurluq ilə bu işə son qoymaq fikrindədir. Seyf üzrə mütəxəssis olan Stella oğurluqdan uzaqdır, amma atasını çox sevir, buna baxmayaraq qeyri-qanuni işlərdən uzaqdır. Bir müddət sonra Con Bridger başqa bir köhnə dostu, Çarli Kroker (Mark Whalberg) adlı peşəkar oğru ilə görüşür. Çarli və Con çox köhnə dostdurlar və peşəkar oğrulardırlar. İndi onlar yeni oğurluğa hazırdırlar və qızıl oğurlayacaqlar. Çarli və ekipajı bu işə hazırdırlar. Çarlinin komandası 5 nəfərdən ibarətdir: Giriş mütəxəssisi və hər zaman ilk işi öz üzərinə götürən Stiv (Edvard Norton), avtomobillə gördüyü işlərinə görə həbs edilib və oradan çıxmağı bacaran, həmçinin bu arada qızların sevgilisi olmağı bilən sürücü yaraşıqlı Rob (Jason Statham), kiçik yaşlarından partlayışlarla məşğul olan partlayış mütəxəssisi sol qulaq (Mos Def), ideyaları hətta kollecdə belə sırf yuxululuğuna görə oğurlanan texnoloq Layl və ya təxəllüsü ilə yatağan (Seth Green), və hətta məktəbdə də sakit və ağıllı planlar fikirləşib tapan Charlie (Mark). Beləliklə işlər qaydasındadır. Stiv həmişəki kimi ilk olaraq içəri girir. Plan rəvan işləyir və lazımi vaxtda plan başlayır və soyğunçuluq baş verir. Təqibçilərindən xilas olmağı bacaran oğrular indi öz aralarında bir yerə cəmləşib bütün bu qızıllar ilə nə edəcəklərini fikirləşirlər. Daha sonra onlar maşınla gedərkən bir neçə nəfər onların yolunu kəsir və Stiv Conu öldürür. Stiv xəyanət edir və qaçır, lakin dəstənin qalan hissəsi sağ qalmağı bacarır.
Aradan bir il vaxt keçir, Stella öz işi ilə məşğul olur və həyatı sakitdir. Amma bir gün Çarli gəlir və bundan sonra işlər qarışır. Stiv bu qızıl külçələri bir-bir satır və daha da zənginləşir, hətta dəstə üzvlərinin istədiklərini almışdır və çox zəngin bir həyat tərzi yaşayır. İndi onlar çox böyük çətinliklə Stellanı inandırırlar və indi məqsəd qisas almaq üçün Stivi qarət etməkdir. Yaraşıqlı Robun ideyası ilə onlar bir plan hazırlayırlar, özləri mini kuperlər düzəldirlər və bu arada şəhərdə ən böyük süni tıxacı da hazırlayırlar və beləliklə planlar başlayır.