"İtiləmə" (ing. Shank) — 2009-cu ilin, cavan britaniyalı rejissor Saymon Pirsin gənclər arasında zorakılıq və homoseksuallıq haqqında film.[1][2]
İtiləmə Shank | |
---|---|
ing. Child of God | |
Janr | dram filmi |
Rejissor | Saymon Pirs |
Baş rollarda |
Ueyn Virqo Mark Loren Tom Bott |
Bəstəkar | Barnebi Teylor |
Distribütor | TLA Releasing[d], Netflix |
İlk baxış tarixi | 2009 |
Filmin növü | Bədii film |
Müddət | 88 dəq. |
Büdcə | 20 min £ |
Gəlir | 713.697 $ |
Ölkələr | Birləşmiş Krallıq |
Dil | İngiliscə |
İl | 2009 |
Rəng | rəngli |
IMDb | ID1288571 |
Kel adlı 18 yaşlı oğlan gənc bandanın üzvüdür. Özünün boş həyatında narkotik, seks, günahsız insanlara zorakılıqdan başqa heç nə bilmir. Amma onun balaca bir gizli sirri var. Bu sirri banda üzvlərindən ehtiyatla gizlətmək lazımdır: o gizli gay'dir və onun kişilərdən xoşu gəlir. O gizli olaraq bandanın başçısı Connoya aşiqdir, filmin gedişi ilə bilinir ki, o da Kelə biganə deyil. Ancaq açıq şəkildə bu hissləri etiraf etməkdən söhbət belə gedə bilməz: bandada homofobiyaya pərəstiş edilir, elə yaxınlıqda yaşayanlar da «mavisayağı» göründükləri üçün döyülürlər. Başqa bir hücumun qurbanı Olivye adlı fransalı tələbə olur.
Hadisələr elə cərəyan edir ki, Keli onun əvvəlki "banda-dostları" izləməyə başlayır və o Olivyenin evində özünə sığınacaq tapır. Oğlanlar arasında romantik əlaqələr sevgiyə çevrilir. Skott, Olivyenin müəllimi, hansı ki əvvəllər Kel tərəfindən hücuma məruz qalmışdı, Olivyeyə xəbərdarlıq etmək istəyir ki, iki gəncin bu əlaqələri yaxşı bitməyəcək.
Nessa, bandanın qeyri-formal rəhbəri, Connonu oğlanlara zorakılıq etməyə məcbur edir. Kel və Olivye zorakılığın qurbanı olurlar; gizli şəkildə Keli Olivyeyə qısqanan Conno onu zorlayır. Bütün bu dəhşətlərdən yalnız Kel və Olivyenin sevgisi xilas edir. Filmin sonunda Kel öz mobil telefonunu atır — bu onun keçmiş həyatını təcəssüm edən yeganə bir şeydir...
Film ümumilikdə tənqidçilərin 60%-lik Fresh reytinq qazanmışdır (Rotten Tomatoes saytında).
Aktyor | Rol |
---|---|
Ueyn Virqo | Kel |
Mark Loren | Olivye |
Tom Bott | Conno |
Harri Sammers | Skott |
Alisa Peyn | Nessa |