İtsukuşima-cinca

İtsukuşima məbədi (厳島神社, İtsukushima-dzindza?) - Yaponiyanın Hiroşima prefekturasında, İtsukuşima adasında (Miyacima) yerləşən şintoist məbədi. Məbəd 1996-cı ildən Ümumdünya irsinə daxil edilmişdir. Bina Yaponiyanın milli xəzinəsi elan edilmişdir.

İtsukuşima məbədi
厳島神社
Ölkə
Üslubu Şinden-zukuri
İtsukuşima məbədi xəritədə
İtsukuşima məbədi
İtsukuşima məbədi
Saytı
itsukushimajinja.jp
Şintoizm terminologiyası

İlk məbəd ehtimala görə VI əsrdə, Susanoo tanrısının üç qızının şərəfinə inşa edilib. Məbədin hazırkı strukturu XVI əsrdə inşa edilib və 1168-ci ildə işlənən dizaynla yenilənib.

İtsukuşima məbədinin ritual qapıları toriilər Yaponiyanın ən məşhur görməli yeri hesab edilir.

Amanohaşidate dili \və Matsuşima körfəzi ilə yanaşı, adanın təpələrinin birindəki torii görünüşü "Yaponiyanın üç məşhur mənzərəsi" olaraq tanınır. Toriilər 1168-ci ildən mövcud olsa da, hazırkı görünüşü 1875-ci ilə təsadüf edilir. Toriilər kamfora ağacından hazırlanıb, hündürlüyü 16 metrdir.