İttifaq Partiyası (Tatarıstan)

Tatar Milli Azadlıq İttifaq Partiyası (tatar. Татар милли бәйсезлек партиясе "Иттифак", rus. Тататрская партия национальой независимости "Иттифак") 1990-cı ilin aprel ayında Tatarıstan MSSR-da əsası qoyulan siyasi partiya. 3 yanvar 1992-ci il tarixində rəsmi olaraq qeydiyyatdan keçmişdir.[1] İttifaq Tatarıstanda yaradılmış ilk qeyri-kommunist partiya olaraq tarixə keçmişdir. Bu ad Çar Rusiyasının parlamentində (Duma) müsəlman partiyası olmuş İttifaqi-əl-Müslimin partiyasının şərəfinə verilmişdir.

İttifaq Partiyası
Sədri Fevziyyə Bayram
Qurucu
Quruluş tarixi aprel 1990
Baş qərargah
İdeologiya millətçilik, İnsan hüquqları, türkçülük, Separatçılıq

Partiya aşağıdakı vəzifələri yerinə yetirməyi qarşısına məqsəd qoymuşdur:

  • Tatar xalqının dirçəlişi;
  • Tatar dövlətçiliyinin bərpası;
  • Tatar dövlətinin beynəlxalq birlik tərəfindən tanınması.

Partiyanın lideri Fəvziyə Bayramovadır. O, bu partiyaya 20 ildən daha çox müddətdir ki, rəhbərlik etməyə davam edir. İttifaq Partiyasının mətbu orqanı 1993–1998-ci illər aralığında fəaliyyət göstərmiş "Altın Urda" qəzeti olmuşdur.

  1. "Arxivlənmiş surət". 2016-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-19.