Adi dəlixiyar (lat. Ecballium elaterium) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin dəlixiyar cinsinə aid bitki növü.
Adi dəlixiyar | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Adi dəlixiyar |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Hündürlüyü 10-50 sm olan çoxillik ot bitkisidir. Bir neçə qısa gövdə əmələ gətirir. Yarpaqları iri, yumurtavari-ürəkvari, zəif dilimlidir. Bütövlüklə cod nahamardır. Tacı kifayət qədər böyük, açıq sarı rəngdədir. Meyvəsi uzunsov, ovalvari, toxunduqda sürətlə sıçrayıb şirə buraxır. May-avqust aylarında çiçəkləyir, iyun-noyabr aylarında meyvə verir.
Adi dəlixiyar kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir. Aralıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, Rusiya, Ukrayna, Orta Asiya və Qafqazda yayılmışdır.
Azərbaycanda adi dəlixıyar Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın mərkəzi və cənub rayonları, Bozqır yaylası, Samur-Dəvəçi və Kür-Araz ovalıqları, Kür və Naxçıvan düzənliyi, Abşeron, Qobustan, Lənkəranın Muğan rayonları və Diabarda yayılmışdır. Arandan yuxarı dağ qurşağına kimi (dəniz səviyyəsindən 2300 m qədər) bitir.
Mezokserofitdir, dağ-kserofit və alaq bitkilik tiplərində rast gəlir. Quru yamaclarda, bostanlarda, alaq yerlərdə qrup şəklində bitir, dincə qoyulmuş torpaqlarda sıx ləkələr əmələ gətirir.
Steroid, alkaloid, flavonoid, piyli yağlar və karotinoidlərlə zəngindir.
Farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, eksperimental və xalq təbabətində, habelə kliniki sınaqlarda və homeopatiyada geniş tətbiq edilir. Əsasən böyrək, dəri, revmatizm, malyariya, sarılıq, babasil, bəd xassəli şişlər, radikulit xəstəlikləri, podaqra, işləmə, baş, qulaq və diş ağrıları zamanı istifadə olunur. Antibakterial, antihelmint, antifunqal, sidikqovucu, qusdurucu, işlədici və bəd xassəli şişlərə qarşı təsirə malikdir.
Zəhərlidir, daxilə qəbulu zamanı ehtiyatlı olmaq lazımdır.
Müalicə məqsədi ilə bitkinin yerüstü hissəsi, çiçəkləri, meyvələri və kökü istifadə edilir.
Cövhər və şirələr.