İvan Boqdanov

İvan Vasili oğlu Boqdanov (2 may 1924, Novosaratovka, Gədəbəy rayonu10 noyabr 2002, Aşqabad) — İşçi-kəndli Qırmızı ordunun baş çavuşu, Böyük Vətən Müharibəsi iştirakçısı, Sovet İttifaqı qəhrəmanı (1944).

İvan Boqdanov
Şəxsi məlumatlar
Doğum tarixi 2 may 1924(1924-05-02)
Doğum yeri
Vəfat tarixi 10 noyabr 2002(2002-11-10) (78 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü artilleriya[d]
Rütbəsi Baş çavuş
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni SSRİ-nin 3-cü dərəcəli "Şöhrət" ordeni

İvan Boqdanov 2 may 1924-cü ildə Gədəbəy rayonu Novosaratovka kəndində kəndli ailəsində anadan olmuşdur. Natamam orta təhsil aldıqdan sonra Türkmənistan SSR-nin Aşqabad vilayətindəki kolxozda traktorçu işləmişdir. 1942-ci ildə işçi-kəndli Qırmızı Orduya hərbi xidmətə çağırılmışdır. 1943-cü ilin may ayından Böyük Vətən Müharibəsində ön cəbhədə xidmətə başlamışdır. Belorusiya SSR-nin azad olunmasında igidliyi ilə seçilmişdir.

28 iyun 1944-cü ildə döyüşdə ağır yaralanmışdır, amma döyüş ərazisini tərk etməmişdir.

SSRİ Ali Sovetinin rəyasət heyətinin 18 noyabr 1944-cü il qərarına əsasən ona Sovet ittifaqı qəhrəmanı, Lenin orderni və Qızıl ulduz medalı verilmişdir.

Ağır yaralandıqdan sonra Boqdanov ordudan tərxis edilmişdir. Aşqabad şəhərində yaşamışdır.

10 noyabr 2002-ci ildə dünyasını dəyişmişdir.