İvan Buş Fyodoroviç (3.3.1771, Narva-5.11.1843, Sankt-Peterburq)— cərrah, Rusiyada ilk elmi cərrahlıq məktəbinin banisi. Mənşəcə almandır. Sankt-Peterburq (Kallina) Tibbi-Cərrahlıq Məktəbini bitirmədən 1788 ildə donanmaya səfərbər edilmişdir; 1788–1790 illərdə Rusiya-İsveç müharibəsində gəmi həkimi kimi iştirak etmiş, Stokholmda əsirlikdə olmuşdur. Rusiyaya qayıtdıqdan sonra Admirallıq hospitalında prozektor, Kronştadtda Tibbi-Cərrahlıq Məktəbində anatomiya, fiziologiya və cərrahlıq kafedrasının müdiri işləmişdi. 1797-ci ildən Kallina Tibbi-Cərrahlıq Məktəbində cərrahlıqdan dərs demişdir; 1800–1833-cü illərdə Sankt-Peterburq Tibbi-Cərrahlıq Akademiyasında cərrahlıq kafedrasının müdiri (1809 ildən akad.) olmuşdur. Buşun əsas əsəri cərrahlığı ən yeni nailiyyətlərini və özünün elmi-klinik tərcrübəsini ümumiləşdirdiyi cərrahlıq üzrə fundamental dərslikdir (1807–1808). Travmatologiyanın inkişafında xidmətləri böyükdür (məs., sınıqların dərhal yerinə salınmasını ilk təklif edənlərdən biridir). Rusiyada ilk cərrahlıq klinikasını yaratmışdır (1806). Sankt-Peterburqda Alman Həkimləri Cəmiyyətinə rəhbərlik etmişdir. 1838-ci ildə Tibb-Cərrahlıq Akademiyasında B. ad. mükafatı təsis edilmiş və yubiley medalı təltiv olunmuşdur.[3]
İvan Buş | |
---|---|
alm. Johann-Peter Friedrich Busch | |
Doğum tarixi | 20 fevral (3 mart) 1771[2] |
Doğum yeri |
|
Vəfat tarixi | 24 oktyabr (5 noyabr) 1843[2] (72 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Elm sahələri | cərrahiyyə, tibb[1] |
Elmi dərəcələri |
|
İş yeri | |
Təhsili |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |